Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiya üçün “pəncərə”: DOST Mərkəzi şəffaflığı nə zaman təmin edəcək?

Mərkəzi qurumlar və nazirliklər rayonlarda başçıların və regional şöbələrin korrupsiyaya yol vermələri üçün bir “pəncərə” yaradırlar. Bu “pəncərə” isə natamam şəffaflıq olur...

Ekspert: “İndi bu ideya bu cür korrupsiya faktları ilə əlaqələnirsə, təbii ki, xidmətin gələcəyi sual altına düşəcək”

“Təəssüf ki, Azərbaycanda bir çox yaxşı ideyalar həyata keçirilmə mərhələsində ciddi axsamalara yol açır”.

Bu sözləri ReAl-ın icraçı katibi Natiq Cəfərli DOST mərkəzlərinin fəaliyyətini PİA.az-a şərh edərkən qeyd.

Son zamanlar DOST Mərkəzinin rayon şöbələrində korrupsiya halları diqqət mərkəzindədir. Ölkə prezidenti də son həbslərlə bağlı açıqlqmalarında bu məsələyə dəfələrlə toxunub və bildirib ki, icra başçıları onun tərəfindən ictimai işlə təmin olunan kasıb insanların payına şərik olurlar.

Lakin buna baxmayaraq son günlərdə yayılan xəbərlər bir daha göstərir ki, məmur korrupsiyasının qarşısının alınması üçün həyata keçirilən ardıcıl həbslər belə işə yaramır və faktiki olaraq ölkədə məmur talanı davam etməkdədir. Korrupsiyaya qarşı mübarizədə əsas şəffaflıqdır. Lakin bir çox dövlət qurumları hələ də öz fəaliyyətlərində istənilən şəffaflıq yaratmırlar. Bəzilərinin fəliyyətində isə şəffaflıq ümumiyyətlə yoxdur.

Şəffaflığın olması gərəkən əsas sahələrədən biri və birincisi sosial paketlərlə bağlı layihələrdir. Ehtiyacı olan insanlara dövlət yardımının çatdırılması məqsədi ilə ölkə prezidentinin tapşırıqları ilə həyata keçirilən bu paket layihələrdə isə çox saylı mənimsəmə və korrupsiya halları müşahidə olunur və baş verən həbs hadisələri, həmçinin dövrü mətbuatda yayılan məlumatlar da onu deməyə əsas verir ki, sosial layihələrin həyata keçirilməsində ciddi nöqsanlar mövcuddur və bu nöqsanlar əsasən məmurlar və qurumlar tərəfindən bilərəkdən yaradılır.

Prezidentin də qeyd etdiyi kimi, sosial yardımlara ehtiyacı olan insanların payına göz dikmək və bu payları mənimsəmək vicdan anlayışına sığmır. Prezidentin bütün üsullarla xəbərdarlıqlarına və hələ Səlim Müslümovun zamanından gündəmdən düşməməsinə baxmayaraq yardıma ehtiyacı olan insanların payının mənimsənilməsi və yaxud da bu paylara məmurların şərik olması halları artmaqdadır. Bəs bu niyə baş verir və buna görə təkcə icra hakimiyyətləri və yerli qurumlar günahkardırmı? Təbii ki, yox. İlk növbədə korrupsiya şəraitini yaradan mərkəzi qurumlar və nazirliklər baş verənlərə görə məsuliyyət daşıyırlar və çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, mərkəzi qurumlar və nazirliklər rayonlarda başçıların və regional şöbələrin korrupsiyaya yol vermələri üçün bir “pəncərə” yaradırlar. Bu “pəncərə” isə şəffaflıq adına qeyri-şəffaflıq, ya da natamam şəffaflıq olur. Belə bir natamam şəffaflıq da DOST Mərkəzi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, bütün sübut və iradlara və Prezidentin bu məsələdə çox həssas olmasına baxmayaraq, DOST Mərkəzi öz fəaliyyətini şəffaflandırmaq üçün lazımı addımlar atmır. Misal üçün DOST Mərkəzi hər rayonda ictimai işlərə cəlb edilən insanların siyahısını dərc edir. Lakin bu siyahılar qeyri şəffaf və natamamdır. Belə ki, siyahılarda ancaq ad və soyadları görmək mümkündür. İctimai işlərə cəlb edilən şəxslərin ünvanları, yaş və digər məlumatları isə gizli saxlanılır. Bu isə həmin şəxslərin kimliyimi təyin etməyə imkan vermir və bundan istifadə edən icra başçıları da rahat şəkildə korrupsiyaya yol verirlər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, rayonlarda kimlərin ictimai işlərə cəlb olunmasını faktiki olaraq müəyyənləşdirmək mümkün deyil. Etiraf etməliyik ki, bu da şəffaflıq deyil, şəffaflıq adına manipuyasiyadır.

Mövzunu PİA.az-ın əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər ənənəvi dövlət və hökumət qurumları normal çalışsaydılar DOST-un yaradılmasına ehtiyac qalmazdı”.

Sosial təminata ehtiyacı olan insanlara ayrılan mənimsə faktının böyük biabırçılıq olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu həm insan vicdanını zədələyən, həm də qanunların kobudcasına pozulması ilə müşaiyət olunana bir hadisədir. Belə bir hadisənin olması isə ciddi təəssüf doğurur:

“Əslində DOST mərkəzlərinin yaradılması ideya olaraq pis ideya deyil. DOST mərkəzləri zərurətdən doğmuş ideyadır. Çünki DOST-un bu gün fəaliyyətlərinin əsas istiqamətləri digər nazirliklərin və dövlət komitələrinin işlərinin bəzi hissəsinin ona həvalə edilməsidir. Əgər ənənəvi dövlət və hökumət qurumları normal çalışsaydılar DOST-un yaradılmasına ehtiyac qalmazdı.

Təəssüf ki, Azərbaycanda bir çox yaxşı ideyalar həyata keçirilmə mərhələsində ciddi axsamalara yol açır. Sosial təminata ehtiyacı olan insanlara ayrılan mənimsə faktı böyük biabırçılıqdır. Bu həm insan vicdanını zədələyən, həm də qanunların kobudcasına pozulması ilə müşaiyət olunana bir hadisədir. Belə bir hadisənin olması isə ciddi təəssüf hissi doğurur.

Natiq Cəfərli: “DOST İdeyanın özü yaxşı olsa da, həyata keçirilmə mexanizlərində ciddi problemlər var”.

Bir daha qeyd edim ki, DOST mərkəzlərinin yaradılmasında əsas məqsədi insanlara daha keyfiyyətli, əlçatan xidmətin göstərilməsi idi. Əgər indi bu ideya bu cür korrupsiya faktları ilə əlaqələnirsə, təbii ki, xidmətin gələcəyi sual altına düşəcək. Həmçinin bu xidmətin yaradılmasının məqsədəuyğunluğu sual altına düşəcək. Amma DOST mərkəzləri tənqidlərdən, problemlərdən nəticə çıxarıb öz işlərində dönüş yarada biləcəklərsə, idarəetmənin yanaşmasını dəyişə biləcəklərsə, doğrudan da insanlara keyfiyyətli xidmət göstərə biləcəklərsə, bu zaman yaxşı ideya olaraq qala biləcəklər.

Qeyd: Dost Mərkəzi bu gün, ya da sabah ictimai işlə təmin edilən şəxslərin məlumatlarını tam təqdim edərlsə, acınacaqlı bir vəziyyətin ortaya çıxması da şübhə doğurmur və bu rayonlarda təkcə bir layihə ətrafında baş verən korrupsiyanın miqyasını ortaya qoymuş olar. Bu üzdən də Dost Mərkəzinin bu günə qədər ictimai işlə təmin olunan şəxslərin tam məlumatlarını açıqlayacağını da gözləmirik. Lakin ümid edirik ki, yeni siyahılar tam şəffaf açıqlanacaq və məmurların korrupsiyasının qarşısı alınacaq.

Nərminə UMUDLU
pia.az


Etiket: DOST Mərkəzi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ən çox oxunanalar