Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmsakda yeyilən bu qidalar insanı tox saxlayır

Oruc tutanlara vacib məsləhətlər...

Ramazan ayının ilk günlərində oruc tutanlar üçün ən vacib məsələlərdən biri "İmsakda nə yeməliyəm?" sualına cavab tapmaqdır. Çünki təxminən 15 saat oruc tutmaq, gün ərzində ac və susuz qalmamaq üçün imsakda yeyilənlər olduqca vacibdir.

Mütəxəssislər ilk olaraq oruc tutmağın və imsaka qalxmağın vacib olduğunu vurğulayırlar. Lakin bununla bərabər imsaka qalxa bilməyənlərə də yatmadan əvvəl bağırsaq üçün faydalı və protein mənbəyi olan 1 stəkan kefir, 2 quru xurma və 3 qoz yemək tövsiyə edilir. İmsakda insanlar əsasən bol proteinli qidalara üstünlük verməlidir. Çox yağlı yeməklərə üstünlük verməmək lazımdır. Eyni zamanda çoxlu tərəvəz istehlak etmək və yarım litrə qədər su içmək məsləhət görülür.

Məlumdur ki, tox qalmaq dedikdə ağla ilk gələn qida protein mənbəyi olan yumurtadır. Lakin yumurtanın yağı az olmalıdır. Sadəcə, qaynadılan yumurta da yaxşı seçim ola bilər. Bu müddət ərzində digər mühim əhəmiyyətli qidalar lobya, noxud və mərciməkdir. Çünki bu paxlalı bitkilərin tərkibi zülalla zəngindir. Əgər paxlalı bitkiləri birbaşa istehlak etmək istəmirsinizsə, onlardan salat hazırlaya bilərsiniz, çünki bu bitkilər salatlara əlavə olunduqda həm ləzzətli, həm də olduqca doyurucu olur. Avokadonun isə meyvə kimi imsak süfrəsində olmasına ehtiyac var. Çünki o, doymamış yağ, protein və kalium deposudur. Avokadonu yumurta ilə birləşdirib və ya salata doğrayıb yemək də mümkündür. İmsak süfrəsində yer verə biləcəyiniz bir digər meyvə isə armuddur. Sulu və az şirəli armud uzun müddət tox qalmanızda böyük rol oynaya bilər.

Eyni zamanda alma və banan da sahurda istifadə edə biləcəyiniz mühim meyvələrdir. Almadan hazırlayacağınız dessert həm dadlı,həm də doyurucu ola bilər. Bananın insanı tox saxladığı isə yəqin ki, hamıya məlumdur. Kalium qaynağı olan bananı yeməkdən sonra yemək olduqca faydalıdır. Həmçinin onu südlə qarışdırıb yemək də mümkündür. Badam və qoz kimi quru meyvələr də mühim protein mənbəyi, yağ deposudur. Qısacası, Ramazan ayında quru meyvələri süfrənizdən əskik etməməyiniz tövsiyə olunur.

Kalsium və D vitamini mənbəyi olan süd və qatıq da tox qalmağınıza kömək edəcək qidalardır. Mütəxəssislərin sözlərinə görə, bir stəkan süd insanı beş saat tox saxlayır. İmsakda bir stəkan süd için, bir boşqab qatıq yeməyi unutmayın. Qatığınıza darçın və ya çörəkotu əlavə edə bilərsiniz. Çünki darçın həm şəkər ehtiyacınızı ,həm də iştahınızı nəzarətdə saxlamağınıza kömək olar. Bir çay qaşığı darçın oruc tutanların həyatını olduqca asanlaşdırar. Çörəkotu da uzun müddət tox tutmağa kömək edir. Xüsusilə çoban salatı hazırlayarkən istifadə olunması məsləhət görülür.

Tərəvəz və salatlar isə həm qida kimi, həm də su mənbəyi kimi bu müddətdə sizə çox kömək olacaq. Çünki onlar çox kalori almadan doymağınıza kömək edir. Həmçinin dərəotu və nanə kimi xoş qoxulu bitkilər nəfəsinizi təravətli qalmasında da böyük rol oynayar. Salatlarınıza isə bir xörək qaşığı zeytun yağı əlavə etməyi unutmayın. Oruc tutanların üstünlük verməli olduğu qidalardan biri də göbələkdir. Çünki həm doyurucudur və vitaminlərlə zəngindir. Göbələyi tək yeyə bilmək mümkün olduğu kimi, onun şorba və salatını hazırlamaq da mümkündür. Ramazan süfrəsində olması vacib olan bir digər qidalar isə bulğur, düyü, makaron kimi qidalardır. Bulğur plovu sizi olduqca tox saxlayar. Lakin bu plovu çovdar çörəyi ilə yeməyiniz daha çox işinizə yaraya bilər. Həmçinin xəmir xörəkləri də gün boyu acmamağınıza kömək edər. Kartof da doğru bişirildikdən olduqca doyurucu olan qidalar sırasına daxil ola bilir. Bunun üçün onu qaynatmaq və salatların içinə əlavə etmək lazımdır. Eyni zamanda sadəcə qaynadıb yemək də olduqca tox saxlayır.

Balıq da olduqca faydalı qidalardandır. O, protein və omeqa 3 deposudur. Hətta bəzi araşdırmalara görə, balıq ət və toyuqdan daha doyurucudur. Yəni süfrənizdə balığa yer versəniz heç də peşman olmazsınız. Qısa müddətdə hazırlaya biləcəyiniz şorbaların da süfrələrinizə olması məsləhət görülür. Lakin burada şorbanın içindəki ədviyyatlar olduqca önəmlidir. Həmçinin şorbanın növləri də vacibdir. Məsələn paxlalı bitkilərdən və tərəvəz bitkilərindən hazırlanan şorba unla hazırlanan şorbadan daha doyurucudur. İftar və imsak arasında və imsakda bol miqdarda su və dovğa , ayran içməyə üstünlük verin. Çay və qəhvə kimi bədənin çox su itirməsinə səbəb olan içkilərdən isə uzaq durun. Şəkəri çox olan meyvə şirələridən də xüsusilə sahurda uzaq qalınması tövsiyə olunur.(yeni sabah)

pia.az


Etiket: İmsak


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar