Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Ağalarovun bacısına qarşı 8.5 milyonluq dələduzluq edilib

Araz Ağalarovun biznesmen qızına qarşı dələduzluq...

Məlum olduğu kimi, koronavirusun geniş yayıldığı ölkələrdən biri də Rusiyadır. Bu ölkədə də hazırda tibbi maskalar və digər qoruyucu ləvazimatlar ya tapılmır, ya da işbazlar onu çox baha qiymətə satırlar. Rusiyanın life.ru saytı ilginc bir xəbər yayıb. Sayt məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun qızı Səbinə Ağalarovanın dələduzluqla üzləşməsi barədə xəbər yayıb.

Bildirilir ki, fırıldaqçılar Səbinə Ağalarovanın dələduzluq yolu ilə 8,5 milyon dollarını ələ keçiriblər. Maraqlıdır ki, sayt biznes-ledini Ağalarovun qızı kimi deyil, “məşhur müğənni Emin Ağalarovun bacısı Səbinə Ağalarova” kimi təqdim etməyə üstünlük verib.

Bildirilir ki, məşhur müğənninin bacısı topdansatış ticarətlə məşğuldur. Koronavirusla bağlı vəziyyət pisləşməyə başlayanda, o da şirkətinin işçilərinin tibbi maskalarla təmin etməyə qərar verib.

“Mənbənin dediyinə görə, iş qadını uyğun bir şirkət tapıb və dəyəri 8,5 milyon dollar olan məhsul sifariş edib. Martın 20-də Ağalarova pulu həmin şirkətin hesabına köçürüb və həmin gün axşam saatlarında sifariş verilmiş tibbi cihazları ona çatdırılmalı idi. Amma şirkət nümayəndələri vəsaitin hələ hesaba köçürülmədiyini deyərək, malları sabah gətirəcəklərini söyləyib”, deyə, məlumatda bildirilir. Beləliklə, xanım Ağalarova tibbi ləvazimatları ala bilməyib. Məlum olub ki, şirkət nümayəndəsi telefonlarını söndürüb. İş adamı dərhal polisə şikayət edib, ancaq yoxlama yalnız 17 apreldə başlayıb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Emin Ağalarov atasının rəhbərlik etdiyi “Crocus Group”un vitse-prezidentidir. Bu günlərdə Emin Ağalarov koronavirus şəraitində müflis olmaq riski barədə danışıb, şirkətə məxsus ticarət mərkəzlərinın gələnlərinin min dəfə azaldığını söyləyib.

O, koronavirus pandemiyasının uzun çəkəcəyi zaman kredit öhdəliklərini tam ödəyə bilməyəcəklərini əlavə edib.

“Ümid edirik ki, bu vəziyyət çox çəkməz. Çünki təhlükəsizlik yastığımız bir neçə həftəyə bəs edəcək. Bizdə 15 minə qədər işçi çalışır. Təkcə əmək haqqı fondu böyük rəqəm təşkil edir və gəlirimiz olmasa, faktiki olaraq, bu ödənişləri çox verə bilməyəcəyik”. Bundan əlavə, sənətçi BakıMoskvada iki dəfə koronavirus testindən keçdiyini, cavabların neqativ çıxdığını qeyd edib.(Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar