Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda COVİD-19-dan sağalmış xəstələrdən plazma götürülməsinə başlanacaq

“Ayrı-ayrı şəxslərin ictimai həyatda istifadə etdiyi tibbi maska və əlcəklərin atılmasına yönəlik layihə həyata keçirilməsinə başlanıb”...

Bunu bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVİD-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilməsi ilə əlaqədar keçirilən tədbirdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir: “Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibbi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır".

O qeyd edib ki, koronavirusdan sağalmış şəxsləri önümüzdən həftədən Milli Hematologiya və Transfuziologiya Mərkəzi dəvət edəcəklər: "Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar