Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkədə fövqaladə vəziyyət elan edilsin”

“Manatla bağlı söz vermək yox, qanun qəbul etmək lazımdır”...

Azərbaycan Respublikası hüquqi dövlətdir və bizdə vətəndaşların hüquq və azadlıqları Konstitusiya və digər qanunlarla qorunur. Onların məhdudlaşdırılması zamanı Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Nazirlər Kabinetinin koronavirus təhlükəsilə bağlı verdiyi qərarları qiymətləndirərkən deyib.

Partiya sədri təklif edib ki, ölkədə fövqəladə vəziyyət elan olunsun. “Təklif edirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Artıq İspaniyada və ABŞ-da bu məqsədlə fövqəladə vəziyyət elan olunub. Ölkədə karantin elan olunması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır. Düşünürəm ki, fövqəladə vəziyyətin elan olunması həm də bank-maliyyə sektorunda sabitliyi təmin etmək üçün zəruridir. Çünki bu zaman maliyyə-iqtisadi fəaliyyyətin həyata keçirilməsi "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmaqla mədudlaşdırılmalı, gündəlik tələbat mallarının bölüşdürülməsində xüsusi rejim tətbiq olunmalıdır. Bununla eyni vaxtda əhali sakitləşsin deyə, milli valyutanın qorunacağına dair söz vermək yox, qanun qəbul etmək lazımdır”.

“Bizim xalqımız soyuqqanlı yox, emosionaldır. Biz Qarabağ uğrunda savaşda bəzi royonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə. Ona görə də inandırma yolu ilə əhalinin dollar alışının qarşısını almaq mümkün olmayacaq. Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, onlar kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vururlar və bank-maliyyə sektoru çöksə, onların dəyişdirdiyi dollar onların köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq”, - Q.Həsənquliyev fikrini tamamlayıb.(“AzPolitika.info”)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar