Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə yetirilən Nərminin nənəsi: O şəxsi tutsalar...

Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirib...

PİA.az xəbər verir ki, M.İsmayılova Trend-ə qətldə adı hallandırılan Altay Ələkbərovu tanıdığını bildirib:

"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram".

Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur: "Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmir özü çıxıb yoxsa işdən çıxarıblar".

M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib: "Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşüb. Bu il yanvarın 6-da Nərmin Quliyevanın qətlə yetirilərək yandırılmış meyiti evlərinin yaxınlığında aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb. İ.Süleymanov cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə naməlum şəxsin qətllə bağlı səs yazısı yayılıb. Həmin şəxs Nərmin Quliyevanı Tovuz rayonunun Dondar Quşçu kənd sakini Altay Ələkbərovun qətlə yetirdiyini bildirir. Səs yazısının sahibi iddia edir ki, hadisəsini digər kənd sakinləri olan Asif Ələkbərov və Vüsal Zalov adlı şəxslər də görüblər. Naməlum şəxs iddia edir ki, guya Altay Ələkbərovun qohumu polis zabiti olduğundan, onu qətldən yayındırır və cinayətin üstünün açılmasına mane olur.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildiriblər ki, həmin səs yazısı istintaqa təqdim olunub və faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.

pia.az


Etiket: Nərmin qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay