Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saraydan qaçan gəlin: şahzadə Endryu onu gic zarafatları ilə bezdiribmiş...

Böyük Britaniyada bir müddət əvvəl Bukinhem sarayından ayrılan şahzadə Harri və Meqan Markl saraydakı qeyri-sağlam atmosferə görə bu addımı atdıqlarını açıqlayıblar...

Sarayda yaşadığı mühiti xarakterizə edən keçmiş aktrisa onu “zəhərli” adlandırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Megan xüsusilə, şahzadə Endryuya görə narahatlıq hiss etdiyini bildirib. Yetkinlik yaşına çatmayanların seks ticarətində təqsirli bilinərək həbs olunan və həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə dostluğuna görə peşman olmadığını deyən və  britaniyalıların qəzəbinə tuş gələn qalmaqallı şahzadə sarayda da özünü çox yersiz aparırmış.  

 “Megan Endryunu ailənin əsas üzvlərindən biri hesab etmir. Həmçinin onu qadınlara olan şübhəli münasibətinə görə sevmir. Endryu Meqanı şit zarafatları ilə bezdirib. Onunla dəhşətli, uşaq zarafatları edib ", - “The Sun” nəşrinə açıqlamasında Kral ailəsinin eksperti deyib.

Bu gün məlum olub ki, Kraliça II Yelizavetta və Şahzadə Çarlz Endryu ilə bağlı təcili iclas keçiriblər. "Onların hər ikisi şahzadənin nüfuzunun bərpa olunacağına ümid edir, amma indiki halda bu mümkün deyil", - mənbə “Daily Mail”ə bildirib.

Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər. Cari ilin yazından etibarən cütlük krallıq vəzifələrini yerinə yetirməyəcək, eləcə də "Zati-aliləri” deyə adlandırılmayacaqlar. Eyni zamanda, onlara rəsmi tədbirlər üçün vəsait ayrılmayacaq.

Harri və Meqan özlərinin Froqmor-kottecinin təmiri üçün büdcədən ayrılmış 2,5 milyon funt sterlinqi (5,5 mln manat) xəzinəyə qaytarmalı olacaqlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Lavrov: "Ermənistanın Zəngəzurla bağlı mövqeyinin mənasını anlamaq çətindir"

Ən çox oxunanalar