“Dövlət tədbirləri və bayram konsertlərinə müğənnilərin çoxu təmənnasız gedir. Bəlkə kimlərəsə (seçmə) ödəniş olur, bilmirəm”...
PİA.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, müğənnilərin çıxış haqqını mənimsəyən məmurları ifşa edib:
“Eşitdiyimə görə, müğənnilərə, guya ödəniş olduğu deyilir. Dövlətimiz qayğımıza qalır, amma millətimizin bəzi nümayəndələri bu vəsaiti öz cibinə qoyur”
Qeyd edək ki, bir neçə məşhur da əvvəllər eyni problemdən şikayətlənib. (Yeni Sabah)
pia.az