Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müstəntiq sənədləri saxtalaşdırdı, prokuror üstünü açdı...

Abşeron rayonunda baş vermis ölümlə nəticələnən yol qəzasının istintaqı zamanı qəribə şeylər baş verib

Yenisabah.az xatırladır ki, bu il aprelin 6-da Xırdalan şəhərində Müşfiq Həsənovun törətdiyi ağır yol qəzasında şəhər sakini Faiq Həsənov dünyasını dəyişmişdi. Qəzadan dərhal sonra DİN və Baş Prokurorluğun yaydığı məlumatlardan bəlli olmuşdu ki, hadisəni törədən sürücü Müşfiq Həsənov qəza yerindən qaçıb və ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Hər iki rəsmi məlumatla buradan tanış ola bilərsiniz. - https://www.mia.gov.az/?/az/pressreliz/view/61454, http://genprosecutor.gov.az/news/5/20074/hadise-yerinden-qacan-surucu-hebs-edilmisdir. 

Bu məlumatların ardınca isə təqsirləndirilən M.Həsənova Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham verilmiş və haqqında həbs qətimkan tədbiri seçilmişdi. 

Lakin işin istintaqı zamanı Abşeron rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmov təqsirləndirilən M.Həsənovun məsuliyyətdən yayındırılması və yüngül cəza alması üçün ona verilmiş “hadisə yerindən qaçma” ittihamını götürmüşdü. Halbuki bu fakt hadisədən dərhal sonra həm Daxili İşlər Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən təsdiq və elan olunmuşdu. İki qurumun bu faktı təsdiqləməsinə rəğmən, müstəntiq X.Rüstəmov işdə bir sıra pozuntulara yol verərək, işi 263.2-ci maddə ilə məhkəməyə göndərmişdi. 

Polis müstəntiqinin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq üçün işin istintaqı zamanı yol verdiyi kobud pozuntular isə məhkəmə dövründə ortaya çıxıb. 

Baş Prokurorluğun xüsusi tapşırığından sonra araşdırma aparan Abşeron rayon prokurorluğunun dövlət ittihamçısı işin istintaqı zamanı kobud qanun pozuntularının olduğunu aşkara çıxarıb. Məlum olub ki, qəza baş verəndən dərhal sonra DİN və prokurorluq əməkdaşlarının ilkin rəyinə görə təqsirləndirilən Müşfiq Həsənov mərhum Faiq Həsənova heç bir köməklik göstərməyib, əksinə hadisə yerindən qaçaraq onu ölümə tərk edib. Dövlət ittihamçısının məhkəmədə qaldırdığı vəsatətdə ortaya çıxıb ki, işin polis istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş 264-cü maddənin onun üzərindən götürülməsi üçün rəsmi sənədlərdə saxtakarlıq, dəyişiklik edilib və rəqəmlər üzərində oynanılıb. Vəsatətdə eyni zamanda o da bildirilib ki, istintaq sənədlərində göstərilmiş tarixlər geriyə dəyişdirilərək təqsirləndirilən M.Həsənovun hadisə yerindən qaçmadığı və qəzadan dərhal sonra müfaviq müayinələrdən keçdiyi görüntüsü yaradılıb. Və beləliklə, ona verilmiş “hadisə yerindən qaçma” ittihamının götürülməsi üçün zəmin hazırlanıb. 

Dövlət ittihamçısı bütün bu kobud qanun pozuntularını əsas götürərək, təqsirləndirilən M.Həsənovun qəzadan sonra hadisə yerindən qaçdığına dair əsaslı şübhələr olduğunu bildirib və məhkəmədən işə xitam verilməsini tələb edib. Prokuror eyni zamanda vəsatətində qeyd etmişdi ki, iş yenidən ilkin istintaqa qaytarılsın və təqsirləndirilən M.Həsənova Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əlavə ittiham verilsin. Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova təxminən 5 ay uzanan məhkəmənin sonunda prokurorluğun vəsatətini təmin etmiş və işə xitam verərək istintaqa geri qaytarmışdı. 

Lakin işlə bağlı ən qəribə məqam da elə məhz bundan sonrakı prosesdə oldu. Məhkəmənin işə xitam verməsindən sonra məlum oldu ki, cinayət işi yenidən işdə kobud pozuntulara yol verdiyi məhkəmə istintaqı zamanı ortaya çıxan Abşeron rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmova qaytarılıb. İstintaq dövründə rəsmi sənədlərdə dəyişiklik etdiyi üçün xitam verilən işin yenidən həmin işdə qanun pozuntularına yol verən müstəntiqə verilməsi isə zərərçəkən şəxsin yaxınlarında əsaslı şübhələr yaradıb. 

"Hadisədən 5 gün sonra bu işə baxan müstəntiq Xəyyam Rüstəmov bizim ailəyə baş çəkib, hüquqi varis kimi anamdan şikayət ərizəsi alıb. Biz yalnız bu zaman bildik ki, qəzadan sonra hadisə yerindən qaçan Müşfiq Həsənovdan yalnız tüpürcək vasitəsilə alkotest edilib. Halbuki hadisədən təxminən 17-18 saat sonra tutulan şübhəlinin alkoqollu olub-olmadığı qan və sidik analizi vasitəsilə yoxlanılmalı idi.Hadisə piyada yolunda baş verib, qardaşım yolun kənarı ilə gedərkən, yüksək sürətlə sağdan ötmə edən Müşfiq Həsənov tərəfindən vurulub, üstəlik, bir neçə dəqiqə sonra təkrar hadisə yerinin yanından keçib, ancaq yenə də dayanıb qardaşıma kömək etməyib. Nəzərə alsaq ki, hadisə qeyri-iş günü (şənbə günü) baş verib, biz düşünürük, Müşfiq Həsənov qəzanı törədən zaman içkili və ya başqa vəziyyətdə olub. Ancaq müstəntiq müəmmalı şəkildə müvafiq normalara tam riayət etmədən alkotest üçün qan analizi götürməyib və işə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin əlavə olunmasının qəsdən qarşısını alıb”. 

Vəkil Fariz Namazov məsələ ilə bağlı bildirib ki, ilkin istintaq zamanı pozuntulara yol verildiyi üçün işə xitam verilib geri qaytarılırsa, adətən iş yenidən eyni müstəntiqə verilmir: “Qanunda bununla bağlı heç bir qadağa yoxdur. Yəni qanunlar imkan verir ki, iş yenidən eyni müstəntiqə verilsin. Lakin bizdəki nümunələrdə adətən belə olmur və əgər iş geri qayıdırsa, növbəti dəfə başqa müstəntiqə verilir. Bu işdə istintaqın yenidən eyni müstəntiqə verilməsinin səbəbləri barədə isə şərh verə bilməyəcəm”.

Məlumata görə, işə hazırda Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılır. Məhkəmənin “ikinci raundu”nda təqsirləndirilən Müşfiq Həsənovun məsuliyyətdən yayındırılıb-yayındırılmayacağı isə işin gedişatında məlum olacaq.

pia.az


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay