Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızı əsəbləşdi: Ona dedim ki, qeyrətin, vicdanın olsun - Video

Mənə çox sayda zənglər oldu. Dedilər ki, Afaq xanım biz sizinləyik, hara gələk, neyniyək?..

Onların bəziləri isə mənim mübarizə apardığım o insanla (red: xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət) çox gözəl münasibətdədir. Mən onu söydüm. Açıq deyirəm sizə. Ona söylədim ki, qeyrətin, vicdanın olsun.

Oxu.Az xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında dilə gətirib.

“Bütün incəsənət nümayəndələrinin, aktyorların uğruna savaşıram. Aktyorların heç birindən incimirəm. Çünki mən özümə dəstək yığmamışdım. Mənimlə həmrəy olun deməmişdim. Onları ikinci, üçüncü “Ura!” qışqıran kimi istifadə etməmişəm.

Mənə o lazım da deyildi. Mübarizə apardığım adam da yad adam deyil. Hörmətsizlik aramızda yox idi. İndi də yoxdur. Amma o riyakər adamlar var. Özünüzə yığılın.

Bu münasibətdən sui-istifadə edə bilməzsiniz. Bunu yadınızda saxlayın! Siz hələ yetişməmisiz və yetişməyəcəksiz də. Çünki insan həyatda özünü dərk edə bilməsə, onu başqaları təhlil etsə, sizdən adam olmaz", - deyə Xalq artisti bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar