Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb

Bu ilin 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin çapına başlayıb



APA-nın xəbərinə görə, bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri bu məqsədlə Milli Məclisinin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər.

Mətbəədə yaradılan şərait və proseslə yaxından tanış olan sədr Məzahir Pənahov, seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün öz tövsiyələrini verib.

 Bütün seçki subyektləri üçün tamamilə açıq və şəffaf həyata keçirilən çap prosesi barədə media nümayəndələrinə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. Seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə başa çatmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb. Seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına verilir.

MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi üçün həyata keçirilən layihələr və son hazırlıq işləri barədə də ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar