Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qadının səhvən udduğu iynə 16 il sonra çıxarıldı - Foto

Tikiş iynəsi xəstənin bədənindən əməliyyat yolu ilə çıxarılıb...

Türkiyənin Dənizli şəhərində özəl xəstəxanaya uşaq sahibi ola bilmək üçün gedən azərbaycanlı qadın 16 il əvvəl səhvən udduğu tikiş iynəsindən əməliyyat yolu ilə xilas olub.

Verilən məlumata görə, türk vətəndaşı ilə evlənərək Dənizliyə köçən 38 yaşlı azərbaycanlı qadın xəstəxananın qadın xəstəlikləri və doğum şöbəsinə müraciət edib. Qadının rentgen nəticəsində sidik kisəsi bölgəsində yad cisim görünüb.

Xəstəxananın Baş həkimi Rıdvan Ərdəmir cərrahiyyə əməliyyatı ilə 6 santimetr uzunluğundakı tikiş iynəsini çıxardıqlarını açıqlayıb:

“Xəstədən soruşduqda iynəni 16 il əvvəl tikiş işi görərkən səhvən udduğunu deyib. Həkimlər ona kartof yesən, çıxar deyiblər. Sonrakı müayinədə də çıxdığını deyib arxayın ediblər. Xəstəmiz əməliyyat nəticəsində illərdir çəkdiyi qarın ağrısından xilas oldu”.

Evə buraxılan xəstənin həkimi qeyd edib:

“Çox maraqlıdır, 16 il bədəndə qalan iynə sidik kisəsinə saplansa da, daha irəli getməyib. Böyük damarlara getsəydi, təbii ki, həyati risk ola bilərdi. Xəstəmiz şanslı imiş”.

pia.az


Etiket: əməliyyat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Ən çox oxunanalar