Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda vətəndaşların pensiyası mənimsənilir? – Şikayət

Bakıda Nizami rayonunun Keşlə qəsəbəsindən bir qrup vətəndaş saytımıza onlara minimum pensiyaların tam ödənilməməsi ilə bağlı şikayət ünvanlayıb

Qəsəbə sakini Mehdiyeva Sevil “Yeni Sabah”a bildirib ki, artıq bəzi qəsəbə sakinləri pensiyaları artımla alsalar da, bəzilərində artım olmayıb.

“Biz Nazirliyə müraciət etdik və pensiyaların vaxtında və artımla ödənilməli olduğunu qeyd etdilər. Lakin Nizami Rayon Sosial fondunun ümumi şöbəsinə müraciət etdikdə isə artımın olmadığını deyirlər. Bizim xahişimiz odur ki, bu məsələ araşdırılsın və bizə düzgün məlumat verilsin. Hazırda mən 130 manat qonşular isə 200 manat pensiya alır. Qərara əsasən oktyabrın 1-dən 200 manat almalıyıq. Əgər qərar belədirsə, biz niyə 200 manat almırıq”, deyə pensiyaçı bildirib.

Xatırladaq ki, sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

pia.az


Etiket: pensiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar