Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylarda sululuq səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə məlumat verib...

Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-30 faizini təşkil edib.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 77 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 163 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Noyabrın 8-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 104 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 123 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 62 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Noyabrın 8-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 82 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Kür çayının aşağı axınında hazırki son vəziyyətə gəlincə, noyabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 8-də isə 338 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 147 sm qeydə alınıb. 2018-ci il noyabrın 08-də isə bu rəqəm 187 sm təşkil edib. Salyanda suyun səviyyəsi 14 sm azalıb və 64 sm olub.

Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 137 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 37 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 8-də isə 50 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 143 sm təşkil edib, lakin 2018-ci il noyabrın 8-də 175 sm qeydə alınıb.

pia.az


Etiket: ETSN çaylar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar