Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toyuq şorbası xəstəliklərin dərmanıdır

Mütəxəssislər toyuq şorbasının faydalarını araşdırıb...

Mütəxəssislər, toyuq şorbasının insan bədənindəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri amin turşularının çox zəngin bir qaynaq olduğunu söyləyib. Həmçinin bu qida bədəni xəstəliklərdən qoruyur.

PİA.az medicina.az-a istinadən bildirir ki, qədim dövrlərdən bəri faydaları ilə tanınan toyuq bulyonu şorbası, Misirdə ümumi soyuqluq üçün istifadə edilib. Hətta məşhur alim İbn Sinanın müalicə üsullarında bu qidanın adı keçir.

Toyuq şorbasının faydaları nələrdir? Soyuq hava insanın maddələr mübadiləsində bəzi dəyişikliklərə səbəb olduğu üçün bədənin müdafiə mexanizmini xəstəliklərə qarşı zəifləyir. Məsələn, yorğunluq, əzələ, çiyin, bel və boyun ağrıları və zehni problemlər kimi bir çox xəstəliklərə yol açır.Nəticədə soyuqdəymə və qripə tutulma riskini artırır.

Bunların qarşısını almaqda toyuq bulyonu əvəzedilməz vasitədir. Bulyon aşağıdakı narahatlıqlara kömək edir:

Oynaq ağrıları

Qış aylarında oynaq xəstəliyinin qarşısını almaq üçün sağlam və güclü bəslənmənin əhəmiyyətini vurğulayan mütəxəssislər, toyuq bulyonu şorbasında çox zəngin olan mineralların, oynaq ağrıların qarşısını aldığını bildirib.

Ağ qan hüceyrələrini qidalandırmaq

Toyuq bulyonundakı maddələrin xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin istehsalına töhfə verdiyini deyən mütəxəssislər, onun bədəni soyuqdəymədən və digər xəstəliklərdən də qoruduğunu söyləyirlər.

Amin turşusu mənbəyidir

Əsrlər boyu şəfa mənbəyi kimi tanınan toyuq bulyonu, bədəndəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri olan amin turşuları ilə çox zəngin bir qidadır.

Sinusitləri təmizləyir

Qış aylarında həm içimizi isidən, həm də minerallarla zəngin toyuq bulyonu tənəffüs yollarımızın açılmasına güclü təsir edir. Həmçinin sinusiti açaraq ağrılardan azad olmamıza kömək edir.

pia.az

 


Etiket: toyuq şorbası

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay