Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öd daşlarının xalq təbabəti ilə müalicəsi - Metodlar

Bir çoxları ağızda acılığa, həmçinin yeməkdən sonra sağ tərəfdə qabırğaaltı ağrılara önəm vermir

Lakin bu əlamətlər öd daşlarının yaranmasına işarə edir. Öd daşlarının yaranması və şiddətlənməsi dözülməz ağrılara səbəb ola bilər.

PİA.az öd daşlarının müalicəsində ən çox istifadə edilən xalq təbabət metodlarını təqdim edir:

Qırmızı çuğundur
 
Öd daşlarının yaranmaması üçün daim çuğundur şirəsi içmək lazımdır. Səhər yeməyindən sonra 2-3 saat soyuduca qalmış 1/2 stəkan çuğundur şirəsi içmək lazımdır. Eyni effekti balqabaq şirəsi də verir. Balqabaq şirəsini gündə 3 dəfə 1 stəkan qəbul etmək lazımdır.

Tərəvəz şirələrinin qarışımı

Bu şirə qarışımını hazırlamaq üçün eyni miqdarda kök, xiyar və çuğundur şirəsi götürülməlidir. Bu metodla müalicə 6 ay ərzində aparılır. İlk ay əgər gündə 1 stəkan qəbul edilməlidirsə, növbəti aylarda gündəlik norma 5-6 stəkan təşkil edir.

Solmaz çiçəyi dəmləməsi

1 xörək qaşığı üyüdülmüş solmaz çiçəyini bir stəkan qaynar suda dəmləyin. Sonra süzün və soyudun. Yenidən ilkin həcmdə qaynadılmış su əlavə edin və gündə 1/2 stəkan 2 dəfə qəbul edin.

Yovşan cövhəri

Hazırlanması üçün yovşan və qatırquyruğu qurusunu qarışdırın. Belə qarışımın hər bir xörək qaşığını 1 stəkan qaynar suda 20-30 dəqiqə dəmləmək lazımdır. Gün ərzində iki dəfə bir çay qaşığı qəbul etmək lazımdır.

Qarpız qabığı

Ödü daşlaradan təmizləməyə qarpız qabığının qurusu kömək edə bilər. Üyüdülmüş 4 xörək qaşığı qarpız qabığı qurusu 1 litr suda vam odda yarım saat qaynadılır. Süzülmüş və soyudulmuş qarışımı gündə 5 dəfə 1 xörək qaşığı kimi qəbul etmək lazımdır.

Çəmən ətirşahı

Bu xalq təbabəti vasitəsi ilə xəstəliyin şiddətlənməsinin qarşısı alınır və öd daşlardan təmizlənir. 2 çay qaşığı quru və üyüdülmüş ətirşah 300 ml qaynar suda səhərə kimi dəmlənir və gündə 4 dəfə qəbul edilir.

Kələm şorabasının suyu

Yeməkdən əvvəl gündə üç dəfə 1/2 stəkan qəbul etmək lazımdır. Müalicənin müddəti 1,5-2 aydan çox olmamalıdır.

Qırmızı quşarmudu (və ya üvəzi)

Hər gün 2 stəkan meşədən yığılmış quşarmudu meyvəsi yemək lazımdır.

Qıtığotu cövhəri

Qıtığotunu sürtkəcdən keçirin və 4 xörək qaşığı bitkini bir stəkan südlə qarışdırıb isidin (qaynamamalıdır!). 20 dəqiqə soyutduqdan sonra süzün və bir dəfəyə için. Hər gün bunu etsəniz öd daşlarını əridə bilərsiniz.

Mərsin yarpaqlarının dəmləməsi

2 xörəq qaşığı mərsin yarpaqlarının qurusu 1 stəkan suya əlavə edilir və qaynar su vannasında 30 dəqiqə saxlanılır. Alınmış dəmi 1/2 stəkan miqdarında gündə 3 dəfə qəbul etmək lazımdır. (BakuPost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar