Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gün girməyən evə həkim girər - Azərbaycan əhalisinin gün düşməyən otaq sevgisi

Gün görməyən evdə yaşayan insan xəstə olar...

Bu atalar sözünü yeni kəşf etdik: Böyük elmi, tibbi mənası var. Sağlamlığın düsturudur. Müasir alimlərin yüzlərlə elmi tədqiqatların nəticəsində gəldikləri fikri qədim atalarımız elə müşahidələri əsasında deyib.

"Gün girməyən evə niyə həkim girər?".
Çünki gün görməyən evdə yaşayan insan xəstə olar.

Gün şüası, işığı almayan insan isə indi əsrin bəlası olan xəstəliklərə tutular. Bu xəstəliklərə səbəb isə insanda D vitamin çatışmamasıdır. Çünki D vitamini qidadan da çox, yalnız və yalnız gün işığı, şüası ilə bədəndə sintez olunur.

D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib. Çünki insanlar evlərində alaqaranlıq şərait yaradır, otaqların pəncərəsi olmasa da yaşayır, kölgəliyi sevir və ümumiyyətlə, sutka ərzində gün işığı almırlar. Xüsusən uşaqlar, məktəblillər bütün günü evdə, qapalı otaqlarda gününü keçirib böyüyür.

Həkimlər, alimlər az qala hər gün vaxtında bu çatışmazlıqla mübarizə aparmağa bizi səsləyir. Çünki D vitamin əskikliyinin erkən menopauza, süf vəzi xərçəngi,diabet, xərçəng, demensiya, Parkinson, vaxtından əvvəl qəfil ölümlərin səbəbkarı olduğu artıq elmi-tibbi baxımdan sübut olunub. D vitamini isə

PİA.az medicina.az-a istinadən bildirir ki, D vitamin çatışmadıqda, əsasən aşağıdakı xəstəliklər yaranır.

Zökəm

Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

Yüksək qan təzyiqi

Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.

Xərçəng

D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.

Karies, ağız boşluğu və dişlərin digər xəstəlikləri

Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.

İBS (bağırsaq xəstəlikləri)

ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.

2-ci dərəcəli diabet

D vitamini səviyyəsini optimal diapazonda saxlamaqla, siz 2-ci dərəcəli diabetdən qorunmuş olursunuz.

Revmatoid artrid

Kanadada aparılan tədqiqatın nəticələri isə D vitamini çatışmazlığı nəticəsində revmatoid artridin yarandığını göstərib. Belə ki, orqanizmində D vitamini çatışmazlığı olan xəstələr əzələ ağrılarından daha çox əziyyət çəkirlər. Əgər daima əzələ ağrısından əziyyət çəkirsinizsə, D vitamininin səviyyəsini yoxladın.

Astma

Astmanın əsas səbəbi elm tərəfindən müəyyən edilməsə də, bəzi tədqiqatlara görə, respirator xəstəliklər D vitamini çatışmazlığı ilə əlaqədardır.

Məlumatlarda bildirilir ki, D vitamini qəbul etdikdə, uşaqlarda astma simptomlarının ağır təsiri və nəfəs yollarında qıcıqlanma azalır.

Bu səbəbdən də, xüsusən günəşli günlərdə açıq havada daha çox olmanızı tövsiyə edirik. D vitamini preparatanı qəbul etməyi düşünürsüzsə, mütləq həkimlə məsləhətləşin. Bu vitaminin çatışmazlığı yalnız qan təhlilləri nəticəsində müəyyən edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar