Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DMX: 300-dən çox şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib

Dövlət Miqrasiya Xidmətində təntənəli andiçmə mərasimi keçirilib...

Azərbaycan Prezidenti İlham Əliyevin 355 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında 27 sentyabrda imzaladığı sərəncamının icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dan APA-ya verilən məlumata görə, sərəncama əsasən 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov vətəndaşlıq alan şəxslərin hər birinin Azərbaycanla sıx bağlı olan, bu torpağı sevən insanlar olduğunu bildirib.

Xidmət rəisi qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcək, onların iş imkanları daha da genişlənəcək: “Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir”.

Sonra vətəndaşlığa qəbul olunan 355 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

pia.az


Etiket: DMX

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar