Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və Səudiyyə sövdələşməsi - Qarşıdurma ortadan qalxır?..

İran və Səudiyyə barışarsa, ABŞ və İsrailin, o cümlədən Rusiyanın Yaxın Şərqdə yürütdükləri siyasətsə hansı dəyişikliklər ola bilər?

Politoloq: “Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərqdə geosiyasi, enerji, ideoloji və dini maraqların kəskin toqquşması müşahidə olunur ki, bu ziddiyyətlərin hər hansı danışıqlar yolu ilə yaxın zamanda həlli və ümumiyyətlə həlli inandırıcı deyil”.

“Ehtimal ki, ABŞ bölgədə gərginliyin daha da artmaması, habelə “Aramco”ya hücumdan sonra dünya neft bazarında qiymətlərin bahalaşması səbəbindən Səudiyyə və İran arasında danışıqlara təkan vermək diplomatiyasına start verib”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Səudiyyə və İran liderlərinin iki ölkə arasındakı problemlərin siyasi yolla həllinə tərəfdar olmalarını PİA.a-a şərh edərkən qeyd edib.

Səudiyyə və İran liderləri iki ölkə arasındakı problemlərin siyasi yolla həllinə tərəfdar olmaları ilə bağlı bəyanatlar veriblər. İki ölkə arasında vasitəçi qismində isə İraqın Baş naziri Əbdülmehdi çıxış edir və Ruhani ilə şahzadə Məhəmməd ibn Salmanın yaxın zamanlarda görüşü belə istisna olunmur.

“Aramco” neft müəssisəsinə hücumdan sonra iki ölkə arasında normal münasibətlərin formalaşmasını və İran-Səudiyyə qarşıdurmasının ortadan qalxmasını mümkün hesab etmək olar? Həmçinin dialoq və sülh əldə olunarsa, bu Yaxın Şərqdəki mövcud duruma necə təsir edə bilər? Xüsusən ABŞ və İsrailin, o cümlədən Rusiyanın Yaxın Şərqdə yürütdükləri siyasətə hansı təsirlər ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Səudiyyə Ərəbistanının ABŞ-ın və İsrailin razılığı və icazəsi olmadan İranla hər hansı danışıqlara və razılaşmaya getməsi mümkün deyil”.

ABŞ-ın bu məsələdə vasitəçilik missiyasını İraqa həvalə etdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, İraqSəudiyyə Ərəbistanının üzərində tək ABŞ-ın deyil, İngiltərə və başqa AB ölkələrin təsirinin olduğunu da nəzərə almaq lazımdır:

Səudiyyə Ərəbistanı ilə İran arasında Yaxın Şərqdə geosiyasi, enerji, ideoloji və s. maraqların kəskin toqquşması müşahidə olunur ki, bu ziddiyyətlərin hər hansı danışıqlar yolu ilə yaxın zamanda həlli və ümumiyyətlə həlli inandırıcı deyil. Səudiyyə Ərəbistanının ABŞ-ın və İsrailin razılığı və icazəsi olmadan İranla hər hansı danışıqlara və razılaşmaya getməsi mümkün deyil.

Ehtimal ki, ABŞ bölgədə gərginliyin daha da artmaması, habelə Aramco-ya hücumdan sonra dünya neft bazarında qiymətlərin bahalaşması səbəbindən Səudiyyə və İran arasında danışıqlara təkan vermək diplomatiyasına start verib.

Nəzakət Məmmədova: “Rusiya diplomatiyasının ABŞ-ın Yaxın Şərq planlarını pozmaq və Səudiyyə-ABŞ ittifaqına kölgə salmaq üçün bu danışıqlarda maraqlı tərəf olması mümkündür”.

İraq baş nazirinin vasitəçiliyi ondan xəbər verir ki, ABŞ bu məsələdə vasitəçilik missiyasını İraqa həvalə edib. Lakin İraqSəudiyyə Ərəbistanının üzərində tək ABŞ-ın deyil, İngiltərə və başqa AB ölkələrin təsiri olduğunu nəzərə alaraq, eyni zamanda İranı təzyiqlərdən qorumaq məqsədilə, habelə Rusiya diplomatiyasının ABŞ-ın Yaxın Şərq planlarını pozmaq və Səudiyyə-ABŞ ittifaqına kölgə salmaq üçün bu danışıqlarda maraqlı tərəf olması mümkündür.
Dialoq əldə olunarsa, bu, ABŞ və İsrailin Yaxın Şərq planlarını pozaraq, Rusiyaİranın təsirini artıra bilər”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya aid 2 zavoda sentyabrın 14-ündə silahlı pilotsuz uçan aparatla hücum edilməsi nəticəsində yanğın çıxdı. Hücumdan sonra Husilər verdikləri yazılı açıqlama ilə hücumu özlərinin törətdiklərini bildirdilər. Amma bu hücumun İran tərəfindən edildiyi haqqında iddialar daha çox yayılmağa başladı.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar