Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sirr pərdəsinə bürünmüş qətl

Səud padşahının şəxsi cangüdəni dostunun evində, yoxsa sarayda öldürülüb?

“Təsnim” İnformasiya Agentliyi, 29.09.2019

Səudiyyənin rəsmi mediası general Əbdüləziz əl-Fəğmin şəxsi fikir ayrılıqlarına görə bir dostu tərəfindən öldürüldüyünü iddia edib.

Əl-Fəğm 30 il kral Abdullah bin Əbdüləzizin keçmiş cangüdənlərindən biri, kral Xalid Hərbi Məktəbinin məzunu, Səudiyyə Kral Qvardiyasının əməkdaşı idi.

Kral Salmanın şəxsi cangüdəninin ölümü ilə bağlı rəsmi hekayət

Məkkeyi-Mükərrəmə polisinin açıqlaması bu cürdür: “Şənbə axşamı briqada generalı Əbdüləziz bin Bədah əl-Fəğm Ciddə vilayətinin əl-Şati bölgəsində (Sahil) yaşayan dostu Turki bin Əbdüləziz əs-Səbatinin evinə gəlib. Məmduh bin əl-Məşəl əl-Əli adlı ortaq dostları da ora təşrif gətirib.

Söhbət əsnasında briqada generalı əl-Fəğm və Məmduh əl-Əli arasında mübahisə yaranıb. Nəticədə, Mamduh odlu silahla əl-Fəğmə atəş açıb, onu və digər iki nəfəri yaralayıb. Xəsarət alanlardan biri ev sahibinin qardaşı, digəri filippinli xidmətçi olub.

Təhlükəsizlik qüvvələri əs-Səbatinin evində gəldikdə, cani onlara atəş açmağa başlayıb və təslim olma çağırışlarına məhəl qoymayıb. Son nəticədə, cinayətkar öldürülüb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan briqada generalı Əbdüləziz əl-Fəğmi xilas etmək mümküm olmayıb…”

Müxalifətin fərqli hekayəti

“Twitter” səhifəsində Ali-Səud xanədanının gizlinlərini faş etməklə tanınan məşhur fəal (söhbət 2,5 milyon nəfər izləyicisi olan“Müctəhid”dən gedir – tərc.)ı, lralın şəxsi cangüdənini öldürtməkdə şübhəli bilinən bin Salmanın generalın sədaqətinə əmin olmadığını qeyd edib.

“Müctəhid” yazıb: “Kral Salmanın şəxsi cangüdəni olan Əbdüləziz əl-Fağm hadisə baş verən vaxt dostunun evində deyil, sarayda olub. O, kral qvardiyasının çoxdankı və etibarlı üzvü idi və Ali-Səud səltənətinə qəlbən bağlıydı və Səudiyyə tacdar şahzadəsi Məhəmməd bin Salman əl-Fəğmin özünə sadiq olacağına qətiyyən əmin deyildi”.

Səudiyyəli tənqidçi Məhəmməd bin Salmanın əl-Fəğmi uzaqlaşdırmaq istəyini dəfələrlə açıq şəkildə bildirdiyini vurğulayıb.

Kral Salmanın sirlərinə bələd şəxsin şübhəli ölümü

Əl-Fəqm əvvəlcə keçmiş kral Abdullah bin Əbdüləzizin şəxsi cangüdəni idi və onun ölümündən sonra kral Salmanın şəxsi cangüdəni olub. 2017-ci ildə kral Salman onun rütbəsini general-leytenanta çatdırıb.

Körfəz Düşüncə Mərkəzinin araşdırmaçı jurnalisti Əli əl-Əhməd general Əbdüləziz əl-Fəğmin ölümünü ilk elan edən şəxslərdən biridir. O, “Tvitter”də ölümündən bir neçə gün əvvəl Məhəmməd bin Salmanın cangüdəni vəzifəsindən azad etdiyini yazıb.

Başqa bir statusunda jurnalist qeyd edib: “Əl-Fəğm sir dolabı və 2002-ci ildən bəri kral Abdullahın şəxsi cangüdəni idi. Buna görə də, Məhəmməd ibn Salman onu özünə qarşı təhlükə sayırdı, xüsusən, əl-Fəğm Camal Xaşuqcini qətlə yetirən kral sarayının mühafizəçilərinin başçısı olduğuna görə”.

Səudiyyə Ərəbistanının tanınmış müxalif fəalı Həmzə əl-Həsən isə kral Salmanın şəxsi cangüdəninin öldürülməsi ilə bağlı bunu yazıb: “General Əbdüləziz əl-Fəqmin qətli bir sıra dəlillərə görə şübhə doğurur. Birincisi, kiber-milçəklərin (Bin Salmanla əlaqəli troll qrupları – tərc.) keçirdiyi nəhəng media hay-küyə görə. Bu, yalnız qətlin arxasında duran əsl səbəbləri gizlətmək və ya senzuradan keçirmək məqsədi daşıyır”.

Həmzə əl-Həsən tvitlərində qeyd edib: “Səudiyyə hökumətinin Əbdüləziz əl-Fağmin şəxsi səbəblərə görə öldürüldüyünü iddia edən xəbərə inanmamalıyıq, çünki qatil də, məqtul (qətl edilən – tərc.) kralın cangüdənləridir və hadisənin başqa fərziyyəsini bizə nəql edə biləcək heç bir şahid yoxdur. Yalnız rəsmi hekayət mövcuddur, o da yalandır və əsl məsələ qərəzsiz təqdim edilməlidir. Səudiyyə Ərəbistanının rəsmi məlumatı yalandır”.

Əl-Həsən davamında yazıb: “Növbəti məqam budur ki, əgər padşahın iki cangüdənləri arasında şəxsi fikir ayrılıqları vardısa, niyə onlardan biri digərini evdə deyil, ictimai yerdə öldürməyib? Öldürülən Əbdüləziz əl-Fəğm küçədə idmanla məşğul olurdu və onu səs-küysüz, kimsənin mövzunun mahiyyətindən xəbərdar olmadan oradaca öldürmək daha asan olardı”.

Cangüdə-general küçədə məşq edir

Səudiyyəli müxalifətçi başqa bir tvitində yazıb: “Qurbanın (Əbdüləziz əl-Fəğmin) ailəsi qatili kral sarayında axtarmalıdır”.

Kral Salmanın öldürülən cangüdəni (solda) və qatil (sağda)

Səudiyyə Ərəbistanından olan insan haqları fəalı Yəhya Əsiri də eyni rəydədir: “Səudiyyə rəsmi mediasının briqada generalı Əbdüləziz əl-Fəğmin öldürülməsinin təfərrüatları ilə bağlı açıqlamaları uydurmadır və Səudiyyə rəsmilərinin həqiqəti gizlətdiyini göstərir”.

Səudiyyə fəalları, ümumən kral Salmanın şəxsi cangüdənibriqada generalı Əbdüləziz əl-Fağmin vəhşicəsinə öldürülməsi və şübhəli qətlini dəhşətli təcrübəsi ilə tanınan Səudiyyə tacdar şahzadəsi ilə əlaqələndirirlər. Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda “Vaşinqton Post” qəzetinin köşə yazarı Camal Xaşuqcinin Bin Salmanın etibarlı adamları tərəfindən öldürülməsini təsvir edən foto materiallar padşahın şəxsi cangüdəninin qətlindəki sirr və şübhə pərdəsini daha da qatılaşdırır.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay