Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb...

2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində “Azercell” növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb.

Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.

Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq “Azercell” 2018-ci ili 49% bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub.

Beləliklə də, “Azercell”in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə “Azercell”in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur.

“Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ən çox oxunanalar