Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən yaxşı futbolçusu Bakıda ad gününü qeyd etdi - Video

Luka Modriç ad gününü qeyd edib

"14 ilə yaxındır yığmadayam. İndiyədək yalnız iki və ya üç ad günümü yığmada qeyd etməmişəm".

Oxu.Az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

Bu gün 34 yaşı tamam olan "Real"ın mərkəz yarımmüdafiəçisi ad gününü Bakıda Xorvatiya millisinin qaldığı hoteldə qeyd edib. Onun üçün məxsusi tort hazırlanıb.


O, qeyd edib ki, Azərbaycan millisi üzərində qələbə doğum günü üçün ən yaxşı hədiyyə olacaq: "Ad günüm oldu-olmadı, üç xal qazanmalıyıq. Bunun üçün hamımız əlimizdən gələni edəcəyik. Təbii ki, qalib gəlsək, bu, mənim üçün ən böyük hədiyyə olacaq".

Jurnalistlərin "Davor Şuker, Dario Srna və başqa bir neçə sabiq xorvat ulduz karyerasını 34 yaşında bitirib. Siz də buna hazırlaşırsınızmı" sualına Modriç belə cavab verib: "Yığmada oynamaqdan xoşum gəlir və bunu bacardığım qədər davam etdirəcəyəm. Dünya çempionatından sonra çoxları deyirdi ki, millidən getməyim üçün ən ideal vaxtdır. Amma mən bu cür hiss etmirdim".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq. Bu, Modriçin 124-cü matçı olacaq.

Xatırladaq ki, Luka Modriç Xorvatiya ilə dünya çempionatının gümüş medalını qazanıb. O, ötən il Rusiyada keçirilmiş mundialın Qızıl topunu qazanmaqla yanaşı, FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

pia.az


Etiket: Luka Modriç

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay