Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP çimərliklərdə yeni maarifləndirici aksiyaya başlayıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiyaya start verib.

"Report" xəbər verir ki, aksiya zamanı BŞDYPİ tərəfindən hazırlanmış plakatlar çimərliklərin girişinə vurulmaqla yanaşı, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Bukletlərdə avtomobili çəkələklə idarə etməyin, maşından küçə və yollara zibil atılmagın, çimərlik ərazisində sürmə təlimi keçilməyin, sərnişindaşıma qaydalarını pozulmağın, spirtli içki qəbul edərək sükan arxasında əyləşmək kimi əməllərin təhlükəli olması barədə bildirişlər qeyd olunub. Sürücülərin bu qaydalara əməl etməyin vacibliyini öz əksini tapıb.

Yüzlərlə buklet Suraxanı rayon ərazisində yerləşən çimərliklərdə insanlara paylanılıb. Həm BŞDYPİ-nin, həm də Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Daha sonra tədbir Səbail rayonu ərazisində - Şıx çimərliyində davam etdirilib. Çimərliklərin girişinə yol polisi tərəfindən hazırlanmış plakatlar asılıb. Həmçinin bukletlər paylanılıb.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hazırladığı bu materiallar digər çimərliklərdə də sürücülərə paylanılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümü ərəfəsində çimərliyə gələrək istirahət edənlərin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi tərəfindən tədbirlər həyata keçirilir: “Xüsusilə Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklər, onlara bitişik küçə və prospektlərdə yol polisi xidmət aparır”.

Vaqif Əsədov deyib ki, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülüb: “Məlumat xarakterli bukletlər çimərliyə gələnlərə paylanılır. Eləcə də insanlar arasında maarifləndirmə işləri aparılır. Bu gün Səbail rayonu Şıx çimərliyində və Suraxanı rayonu Hövsan qəsəbəsinsdə yerləşən çimərliklərdə maarifləndirmə aksiyası keçirdik. İnsanlara nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumat verdik. Xüsusi olaraq diqqətə çatdırdıq ki, çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə olunması da yolverilməzdir”.

Tədbirlər digər çimərliklərdə də davam etdiriləcək.

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar