Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov Eldar Mahmudovun da atasının adını gəmiyə verib - Video

“PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atası, iqtisadçı alim Əhməd Mahmudovun da adını gəmiyə verib

PİA.az xatırladır ki, 2007-ci ildə mayın 23-də “PALMALİ” şirkətlər qrupunun yaydığı məlumatda bu barədə bildirilir.

Həmin məlumatda qeyd olunur:

“Nijni Novqorod şəhərinin “Krasnoye Sormovo” gəmiqayırma zavodunda bu şirkətlər qrupunun sifarişi ilə inşa edilən gəminin suya salınma mərasimi keçirilib. Beş quru yük gəmisindən sonuncusu olan bu gəmi Azərbaycanın iqtisadçı alimi Əhməd Mahmudovun adını daşıyır.

Gəminin yüktutumu 6271 ton, uzunluğu 121,7 metr, eni 16,5 metr, göyərtəsinin hündürlüyü 6,2 metr, su altında qalan hissəsi 5,06 metrdir. Gəmi heyəti 14 nəfərdən ibarətdir. Odessa şəhərinin Gəmi Mühəndisliyi Bürosu tərəfindən hazırlanan layihə əsasında inşa edilən gəmi beynəlxalq konvensiyaların və ekoloji standartların bütün tələblərinə cavab verir. Büronun təqdim etdiyi layihəyə əsasən, gəmidə bir çox konstruktiv təkmilləşdirmələr tətbiq olunmuş və onun yük tutumu artırılıb.

Gəminin suya salınma mərasimində “PALMALİ” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Əhməd Mahmudovun ailə üzvləri, Nijni Novqorod əyalətinin və Sormovo inzibati rayonunun rəhbərliyi, “Krasnoye Sormovo” zavodunun nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Əhməd Mahmudovun oğlu, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudov atasının xatirəsinə göstərilən ehtirama görə “PALMALİ” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova ailə üzvləri adından minnətdarlığını bildirib.

Konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda dənizçi ənənəsinə uyğun olaraq Əhməd Mahmudovun qızı Elmira Mahmudova şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırpıb.

“PALMALİ” Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Bununla yanaşı, şirkət Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Şirkətin donanması kirayə götürülmüş gəmilər də daxil olmaqla 120-dən artıq tanker və yük gəmisindən ibarətdir. “PALMALİ” əsasən neft məhsulları, xam neft, ərzaq və sənaye məhsullarının daşınması üzrə ixtisaslaşmışdır. Şirkətə məxsus quru yük gəmiləri isə bütün növ quru yüklərin daşınmasını həyata keçirir”.

Xatırladaq ki, şirkət bir neçə gün öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin adının verildiyi gəmini suya buraxıb. (Demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ən çox oxunanalar