Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Ağalarov məhkəmədə ifadə verdi

Araz Ağalarov şahid qismində ifadə verib

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı oyunları üçün inşa edilmiş “Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir.

Vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş “Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.

Keçmiş nazir Kuşxov ona görə həbs edilib ki, stadion üçün zəminin hazırlanması zamanı yetərli qədər qum tökülməyib və nəticədə bataqlıq ərazidə tikilən stadionda subasma baş verib.

Lakin Ağalarov ifadəsində deyib ki, subasmaya görə keçmiş nazir günahkar deyil, problem layihədən qaynaqlanıb.

Keçmiş nazirin işini aparan “Bişeneov və partnyorları” adlı vəkil bürosundan bildiriblər ki, iyulun 31-də verdiyi ifadədə Araz Ağalarov belə deyib: “Mən Kuşxovu yetərli qədər qumun tökülməməsində günahlandırmıram, məsələ bunda deyil. Layihə özü düzgün hazırlanmamışdı. Qumun miqdarına dair məndə xüsusi irad yox idi, subasmanın səbəbi layihəçinin səhvi idi”.

Bu gün avqustun 6-da Amir Kuşxovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması üçün apelyasiyaya baxılıb. Və həbs müddəti daha iki ay uzadılıb. Keçmiş nazirin vəkilləri isə iş materiallarında irəli sürülən ittihamları sübut edə biləcək tutarlı dəlillərin olmadığını deyirlər.

Kuşxov 2017-ci ili iyulunda həbs edilib. İstintaqın versiyasına görə keçmiş nazir və tikintiyə nəzarət üzrə mühəndis Sergey Tribunski dağıstanlı milyarderlər Maqomedov qardaşlarını “Summa” şirkətlər qrupu ilə əlbir olub və yerinə yetirilmiş işlərə dair qurama aktları imzalayaraq 752 milyon rublu mənimsəyiblər. Onlar bütün ittihamları rədd edirlər.

Pia.az


Etiket: Araz Ağalarov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar