Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diş həkimi pasiyenti komaya salıb? – Səhiyyə Nazirliyindən açıqlama

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında belə bir hadisə qeydə alınmayıb. Hansısa özəl klinikanın həkimi bu kimi hadisəyə səbəb olubsa, qanuni tədbirlər görüləcək”

PİA.az xəbər verir ki, bunu Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Onun sözlərinə görə, müvafiq araşdırma aparılır:

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladıq. Nazirliyə belə bir hadisənin baş vermədiyini bildirdilər. Xəstəxanada Musa adlı stomotoloq yoxdur, Könül Şahbazova adlı xəstə də bu xəstəxanaya daxil olmayıb. Məsələni daha ətraflı araşdırıb,sizə məlumat verəcəyik”.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, Cəlilabad rayonun Vüqar Mürsəlov 44 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Şahbazov Könül Bavədar qızı dişin çəkdirmək üçün rayondakı stomatoloji məntəqələrdən birinə müraciət edib.

Musa adlı diş həkimi xəstənin dişini keyitmək üçün ard-arda 3 iynə vurub.

Dişin çəkilməsi zamanı isə gənc xanım huşunu itirib. Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan Könül Şahbazovanın komaya düşdüyü məlum olub.

Həkimlərin müdaxiləsindən bir neçə gün sonra xəstə komadan ayılsa da hazırda vəziyyəti ağır olaraq qalır.

Diş həkimi kimi fəaliyyət göstərən Musa adlı şəxsin tibbi təhsili və lisenziyasının olmadığı deyilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Ən çox oxunanalar