Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abbas Lisani 8 il azadlıqdan məhrum edildi, ailəsi ilə birlikdə sürgün olundu

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib

“GünAZ TV” xəbər verir ki, hökm Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub.

Hökmə əsasən o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgünə məhkum olunub.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olub. O təxminən 6 aydır ki, Ərdəbil zindanında saxlanılır.

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “milli təhlükəsizliyə qarşı cəhd göstərmək”, “qanunsuz qrup yaratmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi ağır ittihamlar irəli sürüb.

Abbas Lisani məhkəmədə irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

İttihamların qondarma olduğuna Güney Azərbaycan Milli Hərəkatının fəalları da müxtəlif formalarda etiraz bildirib.

Tanınmış fəalın sonuncu məhkəmə iclası iyunun 27-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. Fəal proses zamanı hakimə xitabən bildirib ki, hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssasiyyəti və müstəqilliyini qorumağın zəruri olduğunu anlayır.

Fəal həmçinin Azərbaycan milli hərəkatının sivil olduğuna toxunaraq demişdir: “Hərəkat özündən başqa heç bir ünsürdən asılı deyil, ona görə də ona digər fikirləri yeritmək və bunun nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirmək cəhdləri uğursuzluğa düçar olacaq.”

Azərbaycanlı fəal həbsxanada mayın 27-dən iyunun 15-dək aclıq aksiyası keçirib. Tanınmış fəal məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosye ona təhvil verilməməsinə etiraz olaraq aclıq edib.

Abbas Lisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

pia.az


Etiket: Abbas Lisani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar