Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT forumu öz işini yekunlaşdırdı - Fotolar

İyunun 24-dən etibarən Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Forumun ilk günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak və çıxış edib.

Bildirilib ki, Forumun Azərbaycanda keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.

Dövlət Xidmətləri Forumunun bağlanış mərasimində çıxış edərək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Foruma qatılan hər kəsə minnətdarlığını çatdırıb.

Forumun sonuncu günü "Xidmətlərin səmərəli çatdırılması, yenilikçi transformasiya və məsuliyyətli institutların gücləndirilməsi üçün milli və yerli fəaliyyətin təşviqi" mövzusu üzrə nazirlərin dəyirmi masası təşkil edilib. Dəyirmi masa zamanı dövlət xidmətlərinin göstərilməsi, effektiv təsisatlar və Davamlı İnkişaf Məqsədləri ilə bağlı çağırışlara və digər çətinliklərə münasibətdə ayrı-ayrı ölkələrin gördükləri tədbirlər, təcrübələr, həmçinin birgə görülməli olan digər fəaliyyət növləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur.(musavat.com)

pia.az


Etiket: BMT forumu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar