Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baku Medical Plaza”nın “nevroz” həkimi: Turker Şahineri Bakıya niyə çağırıblar?

“Baku Medical Plaza”da nevroloji xəstələrə göstərilən xidmətin səviyyəsi...

Nevroloji xəstəliklərin müayinə və müalicəsi həmişə xüsusi həssaslıq tələb edir. Lakin Azərbaycanda əsəb xəstəliyi ilə bağlı həkimə müraciət edən şəxslərin xəstəxanadan daha da əsəbləşərək çıxması kimi bir absurd hal yaşanır.

Qaynarinfo-nun verdiyi xəbərə görə, söhbət “Baku Medical Plaza”da nevroloji xəstələrin evə daha pis vəziyyətdə göndərilməsindən gedir.

Redaksiyamıza müraciət edən şəxs (etik normalara görə adını açıqlamırıq – red.) bildirib ki, həmin klinikada həkim-nevroloq kimi fəaliyyət göstərən Turker Şahinerin qəbuluna 10 gün əvvəldən yazılıb. O, təyin olunan vaxtdan sonra 5 dəqiqə gecikmə ilə yaxınlaşanda başqa bir pasientin qəbul edildiyinin şahidi olub.

Pasient öz hüququnu tələb edəndə isə həkim kobud davranıb və türk dilində qışqıraraq “yarım saat gözləməli” olduğunu (halbuki cəmi 5 dəqiqə olub) bildirib.

Məsələnin absurdluğunu nəzərə alaraq müvafiq qurumlara açıq sual ünvanlayırıq:

Ölkədə orta aylıq əməkhaqqının 300-400 manat təşkil etdiyini nəzərə alsaq, bir qəbula 100 manat tələb edən Turker Şahinerin belə davranışlarına səbəb nədir?

Nevroloji məsələ ilə bağlı məsləhətə ehtiyacı olan bir şəxslə ölkənin dövlət dilində deyil, türk dilində danışan həkim necə əsaslı şəkildə kömək edə bilər?

Nəhayət, ona müraciət edən insanlarda əsəb gərginliyi olduğunu, narahatlıq keçirdiyini bilə-bilə xəstənin psixoloji durumunu sakitləşdirmək əvəzinə kobud davranışı ilə vəziyyətinin daha da gərginləşdirilməsinə səbəb olan həkimin Türkiyədən dəvət olunmasına səbəb nədir? Daha çox pul qazanmaq, yoxsa ölkəmizdəki nevroloji xəstələrin vəziyyətini daha da ağırlaşdırmaq?

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar