Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib  

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

28 may – Respublika günü və UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq ölkəyə xarici qonaqlar və turistlərin gələcəyi, bır sıra bayram tədbirlərinin keçiriləcəyi, həmçinin respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan vətəndaşların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında avtonəqliyyatın hərəkət intensivliyi gözlənilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.

Bildirilib ki, qeyd edilənləri nəzərə alaraq, 27-29 may tarixlərində avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Agentlik gücləndirilmiş iş rejiminə keçib, qurumun aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə sutkalıq növbətçilik təşkil edilib:

“Belə ki, avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda Agentliyin 012-599-79-75 nömrəli “Qaynar xətt”inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tərbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır.

“Qaynar xətt”ə daxil olan məlumatlar isə öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd edilib aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar