Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi

40 illik yubiley keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda 2019-cu ildə Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 illiyi tamam olduğu bildirilir.

“Tarixi eradan əvvəl V-III minilliyə aid olan Naxçıvan Duzdağı 5 min illik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibbdə geniş istifadə olunur.

Qədim Naxçıvan Duzdağının xüsusi müalicəvi əhəmiyyəti və duz tərkibinin zənginliyi nəzərə alınaraq 1979-cu ildə duz mədəni bazasında Naxçıvan Fizioterapiya Xəstəxanası yaradılmış, 2008-ci ildən isə Duzdağ Fizioterapiya Mərkəzi kimi fəaliyyətini davam etdirən bu səhiyyə müəssisəsində bronxial-astma və ağciyər xəstələri müalicə olunur.

Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün Mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.

Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və muxtar respublikada səhiyyə turizminin inkişafındakı rolunu nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi geniş qeyd edilsin.

2. “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin”.(Strateq.az )

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Le Penin qazandığl, Makronun uduzduğu fransız seçkiləri...

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Ən çox oxunanalar