Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrın solisti Belarusiya və Ukraynada alqışlarla qarşılanıb

Mayın 1-də Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusiya Respublikasının Xalq artisti Natalya Qaydanın 80 illiyi təntənəli yubiley mərasimi ilə qeyd olunub

Mərasimə dəvət edilən azsaylı qonaqlar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Respublika və Beynəlxalq festival və müsabiqələr laureatı, Əməkdar artist Nərgiz Kərimova da vardı. İstedadlı aktrisa eyni zamanda, may ayının 3-də Ukraynanın İvan-Frankovski şəhərində keçirilən, dünyanın 43-dən çox dövlətinin incəsənət nümayəndələrinin qatıldığı beynəlxalq "Карпатский простор" festivalında da ölkəmizi layiqincə təmsil edib. "Arşın mal alan" (Ü.Hacıbəyli) və "Silva" (İ.Kalman) operettalarından, həmçinin, "Sindibadın qayıdışı" rok-operesından (R.Sadirxanov) müxtəlif ariyalar ifa edən Əməkdar artistin çıxışı tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.

"İstər Minskdə, istərsə də İvanko-Frankovski şəhərlərində təşkil olunan tədbirlərdə ifa etdiyim opera partiyaları, xüsusi ilə də ana dilimizdə səsləndirdiyim Gülçöhrənin ariyası çoxmillətli auditoriya tərəfindən böyük maraqla qarşılanıb və tamaşaçılar sürəkli alqışlarla xoş hisslərini bildirdilər. Hətta Minskdəki konsert zamanı məni müşayiət edən orkestrin üzvləri də etiraf etdilər ki, Belarusiya Akademik Musiqili Teatrının repertuarında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası var və uğurla nümayiş olunur, lakin indiyə qədər heç vaxt belə həzin, şirin və məlahətli ifanın şahidi olmamışıq. Sizin ana dilinizdə bu daha da gözəl, qəlbəyatımlı və fərqli səslənir... Ölkəmizi belə mötəbər tədbirlərdə uğurla təmsil etdiyim üçün çox məmnunam və mənə bu şəraiti yaradan doğma teatrımızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm", - deyə Nərgiz Kərimova xoş təəssüratlarını media nümayəndələri ilə bölüşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar