Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror 11 il tələb etdi, hakim cəmi 2 il verdi – Junalistin qardaşının qətlində şok detallar - Fotolar

Jurnalist Pərvanə Sabirqızı qardaşını öldürən şəxsə verilən həbs cəzasından narazıdır

PİA.az bildirir ki, bu barədə Bakupost.az-a açıqlama verən P.Sabirqızı deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov qardaşını öldürən şəxsə həddən artıq yüngül cəza verib.

Jurnalist deyib ki, qardaşını öldürən Ələkbər Ağakişiyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilib. Məhkəmənin gedişində prokuror təqsirləndirilən şəxsə 11 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Lakin hakim Ə.Abbasov təqsirləndirilən şəxsin ittiham edildiyi maddəni CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və ona 2 il həbs cəzası verib. Təqsirləndirilən şəxs bu cəzasını məntəqə tipli həbsxanada çəkəcək.

P.Sabirqızı deyir ki, hakim Ə.Abbasovun məhkəmə islahatlarının aparıldığı bir dövrdə belə bir ədalətsiz qərar çıxarması qəbuledilməzdir: "Aprelin 17-də məhkəmədə hökm oxunub və proses bitib. Ancaq Bir aya yaxın vaxt keçməsinə baxmayaraq, məhkəmə prosesinə aid protokollar hələ də bizə verilməyib. Biz düşünürük ki, protokolların bizə verilməməsinin səbəbi oradakı ifadələrin dəyişdirilməsidir. Çünki məhkəmə prosesində də təqsirləndirilən şəxs özü etiraf edib ki, qardaşımı vurub yerə yıxdıqdan sonra yerdə də vurmağa davam edib. Bu da o deməkdi ki, burada ehtiyatsızlıqdan adam öldürməkdən heç bir söhbət gedə bilməz, qardaşım qəsdən və xüsusi amansızlıqla öldürülüb”.

Jurnalist bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriblər. Onlardan əlavə, prokurorluq da qərardan protest verib:

"Mən ictimaiyyətdən bu məsələni diqqətdə saxlamağı və qardaşımı canicə qətlə yetirən şəxsin belə yüngül cəzayla qısa müddət sonra yenidən cəmiyyət içinə qayıtmasına mane olmağı xahiş edirəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar