Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqi Azərbaycanda bir neçə türk fəal həbs edilib

Bir neçə milli fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb

Şərqi Azərbaycan vilayətində bir neçə milli fəalın İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Amerikanın Səsinə verdiyi məlumata görə, bəzi fəallar daha əvvəl məhkum olduqları həbs cəzasını keçirmək üçün tutulublar.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi saxlanılan fəalların ikisi haqqında məlumat yayıb.

HRA-nın bildirdiyinə görə, daha əvvəl 10 ay həbs cəzasına məhkum olmuş türk fəal Səhənd Məali iş yerində nəzarət altına alınıb. Fəal onu həbs edən məmurların zorakılığına məruz qalıb.

“Məmurlar Səhənd Məalinin iş yerinə gedərək onu kiçik yaşlı bacısı uşağı yanında döyüb və təhqir etdikdən sonra aparıblar,” HRA-nın xəbərində qeyd olunur.

Məhkəmə Lisaninin hökmü haqda: Qərar qanuna və şəriətə uyğundur
Səhənd Məali Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində yaşayır.

Təbrizdə isə may ayının 5-də milli fəal Hamid Allahverdipur saxlanılıb.

Əslən Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərindən olan fəalın daha əvvəl məhkum olduğu 7 aylıq həbs müddətini keçirmək üçün tutulduğu bildirilir.

İran Azərbaycanı ilə əlaqədar məlumat yayan internet portallına istinadən, son vaxtlar türk dil hüquqları fəalları və Traktorsazi futbol komandası azarkeşlərinə qarşı basqılar artıb.(amerikanınsesi.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ən çox oxunanalar