Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aztv kanalı keçmiş aparıcılarla bağlı məsələyə münasibət bildirdi

Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtı ilə qurumda çalışmış tanınmış diktorların televizyaya qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Dövlət televiziyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Bakupost-a verdiyi açıqlamasında uzun müddət dövlət televizyasında çalışmış təcrübəli diktorların yenidən televiziyaya qayıtmasının sosial mediada geniş müzakirəyə səbəb olması, ictimaiyyətin sözügedən təşəbbüsü təqdir etməsini xatırladaraq bildirib ki, atılan bu addım AzTV-nin hələ də öz tarixinə, peşəkar ənənələrə sadiq qaldığını nümayiş etdirir.

Televiziya rəsmisi qeyd edib ki, millilik, milli dəyər və prinsiplər üzərində qurulan bu yol bundan sonra da davam etdiriləcək:

"Lakin təəssüf ki, bəzi şəxslər hər zaman olduğu kimi bu məsələni də başqa aspektdən təhlil etməyə üstünlük verdilər. Belə ki, söhbət bəzi xəbər saytlarının yaydığı kimi diktorların işə çağırılmasından və ya onların işə götürülməsindən, efirə çıxarılmasından getmir. Qeyd etdiyimiz kimi, məsələ ilk növbədə diktorlarımızın televiziya ilə sıx əlaqəsinə nail olmaq, onların zəngin təcrübəsindən faydalanmaq, ən nəhayət, onlara diqqət və qayğı göstərməkdir. Ömürlərini yaradıcılığa, diktorluğa həsr etmiş bu insanlar televiziya ilə yaşayır. Onların bəzilərinin AzTV-dən kənar qalması, incik düşməsi yolverilməz idi. Efir məsələsinə gəlincə, bəzi diktorlarımız bu gün də AzTV, Mədəniyyət, İdman Azərbaycan kanallarında və radiosunda çalışır, verilişlər aparır və onların müəllifi, aparıcısı olduğu verilişlər bu gün də sevilir, geniş ictimaiyyət tərəfindən qəbul olunur, o cümlədən təqdir edilir. Bir sözlə, söhbət, bir daha qeyd edək ki, kiminsə işə götürülməsindən, işə çağırılmasından və ya efirə çıxarılmasından deyil, sağlam münasibət, sağlam əməkdaşlıq və zəngin təcrübədən faydalanmaqdan gedir. Təbii ki, yeni layihə də istisna deyil. Odur ki, diktorlarla görüşdə yeni layihənin də müzakirəsi aparılıb. Hələlik detallar barədə açıqlama vermək istəməzdik, amma onu deyə bilərik ki, yeni mövsümdən tamaşaçılar qocaman diktorlarımızın aparıcılığı və iştirakı ilə tam fərqli, tarixlə müasirliyin sintezindən ibarət maraqlı veriliş izləmək imkanı əldə edəcəklər. Söhbət xəbər və ya analitik xarakterli verilişdən deyil, səmimi mövzular üzərində qurulan layihədən gedir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Ən çox oxunanalar