Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marin Le Pen – Fransanın “ətəkli Jirinovskisi

Marin Le Pen Avropa və Fransanın ən nüfuzlu siyasətçilərindən sayılır

Onun populyarlığı elektoral bazadan çox, verdiyi qalmaqallı bəyanatlarla bağlıdır. Məsələn, o bu yaxınlarda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır.

"SSRİ-nin süqutundan sonra sərhədlər qeyri-ixtiyari olaraq beynəlxalq sərhədlərə çevrilib. Ancaq mənim fikrimcə, müstəqillikdənsə AzərbaycanErmənistan arasında Dağlıq Qarabağın Ermənistana birləşməsinə şərait yaradacaq razılaşmanın əldə olunması daha məqbul variant olardı. Fransa Yaxın Şərqdə xristiyanların müdafiəçisi kimi öz əvvəlki lider rolunu bərpa etməlidir", -deyə o qeyd edib.

PİA.AZ oxu.az-a istinadən bildirir ki, politoloq Oleq Kuznetsov müsahibədə Fransada prezident postuna namizəd olan Le Penin bu bəyanatını şərh edib.

- Bu yaxınlarda fransız siyasətçi Marin Le Pen verdiyi bəyanatların birində, Qarabağın Ermənistana birləşdirilməsini məqsədəuyğun hesab edib. Siz həmin bəyanatı necə qiymət qiymətləndirirsiniz?

- Marin Le Pen Ermənistanın indiki baş naziri Nikol Paşinyan kimi populistdir. Ümumiyyətlə, apardığım müşahidələr göstərir ki, hər hansı siyasi qruplaşmanın proqramında radikalizm və millətçilik ünsürləri nə qədər çox olarsa, onun ritorikası auditoriyanın bir o qədər daha primitiv hisslərinə hesablanır.

Le Pen artıq sağçı baxışları və millətçiliyi ilə, miqrantların və islamın açıq düşməni kimi kifayət qədər tanınır. Bu irs ona atasından - Fransanın ötən əsrin 1960-cı illərində Əlcəzairdəki müstəmləkə müharibəsinin qəhrəmanından keçib. Atası Jan Mari həqiqətən Fransız xüsusi təyinatlılarının cəsur döyüşçüsü olub, bir neçə hərbi mükafatı olub. Öz "Milli Cəbhəsini" müharibə qaziləri təşkilatlarının əsasında yaradıb. Trenddən düşməmək üçün, Marin Le Pen atasının yolunu tutub və sağçı və qatı-sağçı ritorikanı əsas götürərək, "xristiyan islam müqayisəsi" əsasında özünə xal qazanmağa çalışır, bu onun bəyanatlarında da açıq şəkildə özünü büruzə verir.

Aydın məsələdir ki, populizmlə reallıq arasında böyük məsafə var. Ancaq seçkilər ərəfəsində milyonluq erməni diasporunun dəstəyini qazanmaq üçün Len-Pen (kiçik) belə təxribatçı bəyanatlara əl atır. Onun sözləri, içi puç olan populizmdən, politikantlıqdan və demaqoqiyadan başqa bir şey deyil.

- Tutaq o Fransanın prezidenti seçildi. Belə olarsa onun qondarma "Dağlıq Qarabağ Respublikasının" müstəqilliyini tanıyacağını gözləmək olar?

- Marin Le Pen heç vaxt Fransa prezidenti olmayacaq, heç buna can da atmayacaq. O belə deyək, Fransanın "ətəkli Jirinovskisidir" .Onun üçün seçkilərdə qələbə qazanmaq, karyera zirvəsi deyil, əksinə tam iflasa bərabərdir. Anlamaq lazımdır ki, madam Marinin olduqca kreativ rəqibi - "sarı jiletlilər" hərəkatı peyda olub. Onun sosial bazasının - lümpen-ziyalılar, siyasi marginallar və getdikcə kasıblayan orta sinif etnik fransızların - səslərinin əhəmiyyətli hissəsini əlindən ala bilərlər. "Sarı jiletlilər" üçün sistemə və ya rejimə qarşı mübarizə daha təhlükəsiz və faydalı məşğuliyyət satılır, nəinki miqrantlara və "islamçılara" qarşı mübarizə. Çünki qeyd olunan son iki məsələdə qırmızı xətti keçməklə, qarşı tərəfin cavabını almaq ehtimalı var.

Potensial tərəfdarları və elektoratı itirən Marin Le Pen ictimai konstruksiyalarda erməni diasporu kimi yeni seqmentlərin axtarışına çıxmaq məcburiyyətində qalıb. Belələri onun tərəfinə keçməsələr belə, taktiki baxımdan müttəfiq , və ya ən azından maliyyə donoru ola bilərlər. İnanmıram ki, gələcəkdə nə vaxtsa Le Pen son seçkilərdəki uğurunu təkrarlaya bilə. Xatırlayırsınızsa, o seçkilərin ikinci turuna adlasa da, sonradan həlledici səsvermədə qanuni şəkildə məğlub olmuşdu. Ona görə də, məncə Azərbaycan ictimaiyyətinin narahatlığına heç bir əsas yoxdur.

- Fransa prezidentliyinə namizədin beynəlxalq hüquqla ziddiyyət təşkil edən mövqe tutduğunu nəzərə alsaq, Fransanı nə dərəcədə neytral dövlət saymaq olar?

Sağlam düşünmək lazımdır: prezidentliyə potensial namizəd - hələ bütün Fransa , bütün Fransa xalqı demək deyil. Ona görə də, bir-birilə uyğun gəlməyən iki məfhumu - məsələn "isti" ilə "yumşağ"ı müqayisə etmək düzgün deyil. Siyasətçinin istənilən fikirlərləri və baxışları ola bilər. Bu o demək deyil ki, o hakimiyyətə gəlsə, onillər ərzində mövcud olan milli oliqarxiya və ya bürokratiyada oyun qaydaları ciddi şəkildə dəyişəcək. Heç Paşinyanın məsələsində də bu baş vermədi. Yadınızdadırsa Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını dəyişmək istəyirdi. Beynəlxalq ictimaiyyətin konkret qaydaları var, hər hansı bir ölkənin istəyi ilə onlar dəyişilə bilməz, ona görə də sizin "həyəcanlı" və ya "təşviş dolu" sualınızın aktual olmadığını düşünürəm.

pia.az


Etiket: Oleq Kuznetsov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar