Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kral ailəsində taxt savaşı şiddətlənir

Vəliəhd şahzadə saray müxalifətinə qalib gələ biləcəkmi? – Araşdırma

“Haaretz” (İsrail), 27.04.2019

Səudiyyə ənənəsinə görə, kral titulu qardaşlar – Əbdüləziz ibn-Səud krallığının qurucusunun oğulları arasında ötürülür. Taxt varisliyi sistemi qüsursuz işləyib, amma 2007-ci ildə hər şey dəyişilib. Kral Abdulla Sədaqət Şurası – varis şahzadəni seçmək və növbəti kralı təyin etmək səlahiyyətinə malik ailəvi məşvərət qurumu yaradıb. Lakin Abdulla öz qərarına əməl etməyib və iki vəliəhd seçib – hər biri təbii ölümlə keçinən, belə də sülaləyə başçılıq etməyən qardaşları Sultanı və Naifi.

Abdullanın taxt varisliyi sistemini dəyişmək qərarının ardınca şahzadə Mukrinin baş nazirin müavini təyin edilməsi gəlib. Adətən, bu vəzifə kral tituluna tramplin rolunu oynayıb. Qərar kral ailəsi Sudairi nəslinin üzvlərini qəzəbləndirdi. Bunlar şahzadə xanım Həssa bint Əhməd əl-Sudairinin – qurucu kral ibn-Səudun ən görkəmli zövcələrindən birinin oğullarıdır. Onun övladları duydular ki, kral Abdulla ailə içində başqa fraksiyaları möhkəmləndirərək onları hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Çox qocalmış kralın öləcəyi bəlli olanda gizli münaqişə yalnız gücləndi.

Abdulla 2015-ci ilin yanvarında vəfat etdi və Sudairi nəslindən Salmanı kral təyin etdilər. Onun düşərgəsi ailənin qalan hissəsinə qarşı fəal hərəkətə başladı. Salman mərhum kralın oğlullarını tezliklə Məkkə və ər-Riyad şəhərlərinin mer vəzifələrindən azad etdi. Sonradan başqa yüksəkməqamlı məmurlar da öz vəzifələrindən məhrum oldular, vəliəhd Mukrin isə taxta namizədlər siyahısındakı yerini itirdi. Əski ənənəyə əsasən, Londona könüllü sürgünə yollanan şahzadə Əhməd kral tituluna növbəti iddiaçı idi.

Salmanın oğlu Muhəmməd ikiillik qarğaşalıqdan sonra 2017-ci ilin başlanğıcında görünməmiş qaydada varis şahzadə oldu.

Sanki kral Salman və oğlu Muhəmməd rəqibləri hakimiyyətdən hökmən uzaqlaşdırmaq yolunda idilər, amma sonra Xaşuqçi qətli baş verdi. Kral ailəsinin bir neşə üzvü kral Salmandan qurtulmaq və jurnalistin Səudiyyənin dövlət agentləri tərəfindən qətlinin beynəlxalq töhmət dalğasıyla onun oğlunun “köpünü almaq” imkanı qazandılar. Kral ailəsinin bu üzvləri düzgün idarəçilik uğrunda çıxış edən müttəfiqlər bloku formalaşdıraraq, kralın bu yaxınlarda krallığa qayıtmış qardaşına – şahzadə Əhmədə dəstək bəyanatıyla çıxış edib və onu Səudiyyə xalqı öz gələcəyini həll edənə qədər ölkəyə başçılıq etməyə çağırıblar.

Bu, kral ailəsində açıq müxalifət sərgiləməyin ilk hadisəsi idi. Bəziləri hesab edirlər ki, varis şahzadə Muhəmməd öz davranışıyla Səudiyyə Ərəbistanını Qərb ölkələriylə görünməmiş qarşıdurmaya itələyir.

Lakin Muhəmmədin əvəzlənməsi tərəfdarları təhlükəyə düşə bilərlər. Vəliəhd artıq sübut edib ki, rəqiblərlə mübarizədə şahzadə və biznesmenlərin çoxunu həbs edərək və onlardan azad edilməyin əvəzində zorla pul qopardaraq qaydaları pozmağa hazırdır. Kral müxalifətinin üzvləri bilirlər ki, riskə gedirlər.

Bəlli olduğu qədər, Muhəmmədin ötən il təyin etdiyi ordu və kəşfiyyat xidmətinin başçıları ona loyaldırlar. O habelə ABŞ prezidenti Donald Trampın, demək olar, sözsüz dəstəyindən yararlanır. Bundan savayı, şahzadə kral ailəsinin kral tərəfindən qoca, xəstə adamları təyinatından yorulan və başçıları seçməyi tələb edən əksər gənc təmsilçilərinə güvənə bilər.

Muhəmməd bin Salmanın 33 yaşı var və o, bu nəsli təmsil edir. O biri yandan, o, həmçinin kral ailəsinin başqa qanadlarına çox da sayğı göstərməyən ailə soyuna mənsubdur – onlar anlayırlar ki, yüksək rəhbərlikdən çıxdaş olunublar.

O, varis şahzadəni hakimiyyətdən etməyə istənilən cəhdə, ümumiyyətlə, mövcud olduğu qədər ailə ənənəsini pozan qiyam və xəyanət aktı kimi baxacaq. Aydındır ki, bu onun öz rəqiblərinə qarşı qəddar, Səudiyyə Ərəbistanı və dünya birliyi ilə münasibətləri üçün nəticələrini bu başdan söyləmək çətin olan repressiyalara başlaması üçün yetərli olacaq. Muhəmməd indi Xaşuqci işinin ona ziyan vurmaması üçün böyük səylər göstərir, amma o, dişbatar olub. Ailə yanlış buraxan kral və şahzadələri indiyədək bağışlamayıb. Bəlkə də, bir yanlış artıq son dərəcə çoxdur.

Tərcümə Strateq.az-ındır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay