Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində qonaq olub

Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından izləyə bilər

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə Ulduz Şokolad Fabrikinə səfər edib. Fabrikdə baş tutan görüşün məqsədi Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında tələbə və təhsil təcrübəsinin mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.

Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib.
Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara Ulduz Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından izləyə bilər.

 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ən çox oxunanalar