Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad İlyasovun aqibəti necə olacaq?

"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib

Hətta bu söyüş ifaçının Azərbaycan telekanallarına qadağası ilə nəticələnib.

Axşam.az xəbər verir ki, proqramın aparıcısı Anar Vaqifoğlu, səs rejissoru Etibar Mustafayev də işdən qovulub. Bəs görəsən, efirdə qonaq olan əməkdar artist Rəşad İlyasovun aqibəti necə olacaq?

Veriliş zamanı Rüfətlə birlikdə mahnını zümzümə edən Rəşadın da onun söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi diqqətdən qaçmayıb. Müğənni özü məsələ ilə bağlı susma mövqeyini seçib. O, zənglərə cavab vermir. Hətta R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr də yayılıb.

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov əməkdaşımızla söhbətində İlyasovla bağlı sualları cavablandırıb. O bildirib ki, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək:

"Məsələnin fərdiləşdirilməsinin əleyhinəyik, prinsip olaraq ifadəni işlədən şəxs oradan yığışdırılsın ki, həm cəmiyyətdə narazıçılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Bunu fərdiləşdirməyək, hamıya gələcəkdə də dərs olsun ki, efirə çıxanda məsuliyyətli olmaq lazımdır. Həm müğənni, həm kanalların texniki heyəti diqqətli olmalıdır. O ki qaldı Rəşad İlyasova...

Videoda görünür ki, söyüşlü ifadələri işlədən Rüfət Axundovdur. Dövlət qurumu elə xırdaçılığa getməyi düşünmür. Biz kanala xəbərdarlığımızı etmişik. Rəşad İlyasovla bağlı məsələ aktual deyil. Burada söhbət ondan yox, digər tərəfdən gedir".

Məsələdə adı hallanan Rüfət Axundov, Anar Vaqifoğlu zənglərə cavab vermir, məsələ ilə bağlı danışmamaq qərarı alıb.

Qeyd edək ki, Rüfət efir zamanı fonoqramla mahnı oxuyarkən qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Ən çox oxunanalar