Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uçan taksi” uğurla sınaqdan keçirildi

Avstriyanın paytaxtı Vyanada “uçan taksi” uğurla sınaqdan keçirilib

“EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, sınaqlar zamanı “uçan taksi” Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan “uçan taksi”nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.

Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.

pia.az


Etiket: Uçan taksi Vyana

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar