Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm İmamoğlu: “Prezidentdən təbrik gözləyirəm”

“İstanbul Türkiyənin ən böyük şəhəridir. Bu şəhəri idarə edəcək insan kimi, hörmətli Prezidentdən təbrik gözləyirəm. Amma təqdir özlərinin...”

Bunu Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkilərinin qalibi olmuş müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu deyib.

Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumunun (YSK) rəsmi açıqlamasına görə, şəhər üzrə səslərin 100 faizi sayılıb. Əkrəm İmamoğlu səslərin 48.79 faizini qazanaraq, İstanbulun bələdiyyə başqanı seçilib. O, bu mübarəzədə Biali Yıldırıma qalib gəlib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir və eks-parlament sədri Binəli Yıldırım səslərin 48.51 faizini toplayaraq, ikinci olub.

Əkrəm İmamoğlu deyib ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanla işləməyə hazırdı: “Biz İstanbul Şəhər Bələdiyyə başqanlığını icra edəcəyik. İki məsuliyyət sahibi adamın danışması, problemləri həll etməsi sivil bir prosesdir.

Bunu Türkiyə yaşamasa, çox böyük çətinliklər görər, amma inanın, bu dialoq mühiti yarandığı andan etibarən mən qapıları hər zaman açıq tutacağam.

Hər zaman görüşməyi məcbur edən tərəf olacağam, kimsənin şübhəsi olmasın. Yalnız Prezident üçün demirəm bunu, hansı orqan, qurum olursa olsun, qapımı hər zaman açıq tutacağam. Bundan qaçınmaq dövlətə xəyanətdir”.

Qeyd edək ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub. (modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar