Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist: “Fəryad” filminə çəkiləndə ağlaya bilmirdim”

Əməkdar artist Sənubər İsgəndərli "Dikdaban” proqramında qonaq olub

Qaynarinfo xəbər verir ki, o, illər öncə çəkildiyi "Fəryad” filmi ilə bağlı danışıb.

"Fəryad” filmi çəkiləndə Ceyhun dedi ki, mənə kömək elə. Dedim ki, buyrun, əlimdən nə gəlirsə, edərəm. Mənə utana-utana dedi ki, xırda epizoddur, amma ümumiləşdirilmiş Azərbaycan qadınıdır, onu canlandıracaqsan. Orada çəkilişim bir gün olub. Çəkiliş yerində xeyli əsgər toplanmışdı. Ceyhun mənə dedi ki, çalış, gözlərin dolsun.

Məndə elə xüsusiyyət var ki, getdiyim yas mərasimlərində belə ağlaya bilmirəm. Ancaq evə qayıdandan sonra hönkürürəm. O çəkilişdə də həmin hadisə baş verdi. Elə bil ki, yerimdə qalmışdım. Əsgərlərə baxırdım, düşünürdüm ki, görəsən, bu uşaqlar cəbhəyə gedəndə, hansı sağ qalacaq? İndi baxıram ki, həmin kadrlarda içimdə keçənləri düzgün verməmişəm”.

Qeyd edək ki, Qarabağ müharibəsinə həsr olunmuş "Fəryad” filmi 1993-cü ildə çəkilib. Ekran işinin rejissoru Ceyhun Mirzəyev olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar