Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsfəndiyar şəhidin evini alıb, yoxsa... – Sensasion detallar

Şəhid ailəsi ilə bağlı məhkəmə iclasında tərəf kimi yox, tamamilə başqa bir işlə bağlı təsadüfən iştirak etmişəm

Yazılanlar tamamilə yalandır, savadsız məişət jurnalistikasıdır.

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, vəkil Bəhruz Heydəri qeyd edib. O bildirib ki, məhkəmə prosesi zamanı obyektin şəhid ailəsinə aidiyyəti olmaması bəlli olub:

Şərurlu İsfəndiyarın canı cəhənnəmə, onu şəxsən tanımıram (yalnız onun oğlunun qudurğan hərəkətlərini mediadan xatırlayıram), lakin həmin ev şəhidin deyil, şəhid xanımının atasına aiddir. İkincisi, o qadının məhkəmədə etdiklərini və danışdıqları sözləri şəhid ruhuna böyük təhqir hesab edirəm, şəhid adını bu vəziyyətdə kölgələmək, adiləşdirmək olmaz. Üçüncüsü, hakim Əsəd Mirzəliyevə “ədalətsiz” və “vicdansız” yazanların, deyənlərin özü vicdansızdır. Bu hakimlə də heç bir tanışlığım yoxdur (bir dəfə şikayətimə baxıb, onu da təmin etməyib), yalnız onu deyə bilərəm ki, hakim vəziyyəti və hansı addımlar atmaq lazım olduğunu tərəflərə izah etdi, başa saldı ki, obyektin alğı-satqı müqaviləsi BAC Məhkəməsinin hökmündə saxta müqavilə hesab edilib, bunların mənafeyinə o hökm toxunur, bu işə hazırkı qaydada baxmaqla heç nə əldə etmək olmaz. Üstəlik, Əsəd Mirzəliyev prosesdə tərəf olmaya-olmaya, şəhid xanımı olduğu üçün o qadına söz verdi, yarım saat təhqir və təhdidlərini sakitcə dinlədi”.

B.Heydəri bu məsələni araşdırmadan yazan jurnalistlərə irad tutub:

“Jurnalistlər hissləri ilə yazmalı deyil. Bir nəfərin dilindən eşitdiklərinizi yazanda, şəhid adını ortalığa atanda, məsələni araşdırın. Sensasiya xatirinə saxta vətənsevərlik etmək yaramaz hərəkətdir. Bu ölkədə heç kəs şəhid xanımının əlindən bir çöp də ala bilməz, ən rüşvətxor hakim belə bu cür məsələlərdə pul almağa sadəcə ürək etməz. Gördüyünüz kimi, əsassız hay-küy qalxdı, I vitse-prezident şəhidin ailəsinə mənzil verdi. Lakin siz erməni mediası və təbliğatı üçün silinməz bir arxiv buraxdınız. Açın erməni saytlarını oxuyun və sizin saytlarınıza olan istinadlarla fəxr edin”.

Qeyd edək ki, mətbuatda Şərurlu İsfəndiyar kimi tanınan tanınmış iş adamı İsfəndiyar Axundovun Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi və şəhidin adına olan mübahisəli mənzilin geri məhkəmə yolu ilə geri aldığına dair yazılar dərc edilib. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar