Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan Madrid prinsiplərindən imtina edə bilərmi?

"Erməni tərəfi son addımlarını davam etdirsə, cəbhə xəttində vəziyyət gərginləşə, burada müxtəlif təxribatlar arta bilər. Bu isə son nəticədə yeni müharibənin yaranmasına gətirib çıxarar və münaqişə yenidən alovlanar"

Bu sözləri Axar.az-a erməni tərəfinin Madrid prinsiplərindən imtina etməklə bağlı çağırışlarını şərh edən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Madrid prinsipləri öz-özlüyündə şərti olaraq, qəbul olunan sənəddir:

“Bu, hansısa yekun, tamamlanmış, formasını almış bir sənəd deyil. Bu prinsipləri tərəflər şərti olaraq qəbul edib. Bütün hallarda bu prinsiplər konkret həll yolu tapmaq üçün tərəflərin vaxtı ilə çalışdığını göstərir. Erməni tərəfinin bu çağırışlarının əsas məqsədi vaxt udmaqdır. Yəni ola bilsin, indiyə qədər gedən prosesdə müəyyən uğurlar olub. Azərbaycan tərəfi yenilənmiş Madrid prinsiplərini qismən qəbul edib və danışıqlar prosesində müəyyən istiqamət kimi bunu seçib. Amma Ermənistan liderlərinin bu çağırışları, ictimai nümayəndələrin açıqlamaları destruktiv xarakter daşıyır.

Çünki Ermənistan özü də vaxtı ilə bu prinsiplərin qəbul olunmasında fəal rol oynayıb. Bu prinsiplərdən imtina edən Ermənistan sabah münaqişənin həllinə doğru addım atılsa, yenə də bundan imtina edə bilər. Əslində, həm Minsk Qrupu həmsədrləri, həm də beynəlxalq ictimaiyyət buna biganə yanaşmamalıdır. Çünki Ermənistan münaqişənin əsas tərəflərindən biri kimi daha məsuliyyətli addımlar atmalıdır. Beynəlxalq ictimaiyyət bunu Ermənistandan tələb etməlidir”.

Politoloq Ermənistanın danışıqlar prosesindən imtina edib-etməyəcəyi ilə bağlı məsələyə də münasibət bildirib:

“Heç nəyi istisna etmək olmaz. Amma əgər Ermənistan danışıqlardan imtina etsə, özünü pis vəziyyətə qoyacaq. Ona görə də inanmıram ki, erməni tərəfi nə vaxtsa, açıq şəkildə danışıqlardan, Madrid prinsiplərindən imtina etsin”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Ən çox oxunanalar