Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərgiz Paşayeva Rusiyada da akademik seçildi

Lomonosov adına MDU-nun Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin Ümumi yığıncağında Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə yekdilliklə RTA-nın akademiki (xarici üzv) seçilib

Akademiyanın saytında yerləşdirilmiş məlumata görə, Akademiyanın yeni, o cümlədən xarici üzvləri maksimal dərəcədə şəffaf prosedurun gedişində müəyyən ediliblər – RF Mərkəzi Seçki Komissiyasının keçirdiyi ümumrusiya seçkilərində istifadı edilənə analoji olaraq səslərin hesablanmasının elektron vasitələrinin tətbiqi ilə bülletenlərlə gizli səsvermə yolu ilə seçki keçirilib.

Ümumi yığıncaqda 200 nəfərə yaxın görkəmli Rusiya və xarici ölkələrin alimləri, Akademiyanın üzvləri, RF Prezident Administrasiyasının, RF hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Himayədarlar şurasının üzvləri, görkəmli dövlət xadimləri və alimlər iştirak ediblər. Müzakirələrin əsas mövzusu Rusiya Təhsil Akademiyasının “Təhsil”, “Elm” milli layihələrinin gerçəkləşdirilməsində iştirakı, həmçinin RTA-nın perspektiv inkişaf planları və yaxın miqyaslı layihələr olub. Yığıncağın ikinci hissəsində Akademiyanın yeni üzvlərinin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Professor Nərgiz Paşayevadan başqa, RTA-nın xarici üzvləri qismində həmçinin Li-Yanki Hannelora (AFR və İsveçrə vətəndaşı) və Fransisko Pons (İspaniya və İsveçrə vətəndaşı) seçiliblər. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay