Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT sədri Qarabağ münaqişəsi haqda

Martın 5-də Azərbaycana səfərə gələcək ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak “Report”a müsahibə verib

Azərbaycana qarşıdakı səfəri zamanı hansı məsələlərə tuxunulacağından danışarkən M.Layçak deyib ki, proqram tam hazır olmasa da, siyasi rəhbərliklə görüşüb Azərbaycana ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməkdə daha səmərəli kömək edəcəklərinin yollarını, sülh prosesini, Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə etmək fikrindədir: “ATƏT-in Minsk Konfransının vasitəçilik etdiyi münaqişədən savayı, təbii ki, təşkilatın bütün üzv dövlətlərlə açıq və səmimi dialoqu, xoş münasibətləri saxlamaq, yerlərdə müsbət meyilləri dəstəkləmək bizim ATƏT sədrliyimiz dövrünün öncül vəzifələrindəndir. Bütün səfərlərim zamanı istər hökumət, istər parlament, istərsə də vətəndaş cəmiyyəti olsun, tərəfdaşlarımızla görüşləri səbirsizliklə gözləyirəm. Ən başlıcası isə, əlbəttə ki, yerlərdəki hadisələrdən zərər çəkən insanları gündəlik qayğıları, mübarizələri barədə dinləməkdir. Əslində, bizim ATƏT olaraq gördüyümüz bütün işlərin insanların problemlərini az da olsa, asanlaşdırmaq hədəfinə yönəldiyini də unutmaq lazım deyil”.

Azərbaycanla ATƏT arasındakı mövcud əməkdaşlığı necə dəyərləndirdiyi barədə sualı cavablandırarkən o vurğulayıb ki, hazırda sədrlik etdiyi qurum Qafqaz regionunu daha sabit, dayanıqlı, müasir hala gətirmək üçün nadir imkanlara malikdir: “ATƏT sədrliyimiz, katiblik, təsisatlarımız bu regionun təhlükələrə qarşı dayanıqlı olmasına, münaqişələrin həlli üçün platformların yaradılmasına birgə dəstək verə bilər. Təhlükəsizlik məsələsinə bu cür kompleks yanaşma başqa heç bir təşkilatda yoxdur. Əhatəli yanaşma dedikdə geosiyasi miqyasdan tutmuş fərdiyədək bütün səviyyələr nəzərdə tutulur. Fərdi səviyyəni, yəni sırf insanların özünü əsas götürmək Slovakiyanın 2019-cu ildə ATƏT-ə sədrliyinin başlıca amalıdır. Bu məcradakı səylərimizdə Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk”.

Slovakiyanın 2019-cu ildə ATƏT sədrliyinin öncül hədəflərindən biri də münaqişələrin həllidir. Bəs qurum buna necə dəstək vermək niyyətindədir?

Miroslav Layçak deyib: “Bizim ATƏT-dəki sədrliyimiz əsas diqqəti insanlara, dialoqa, sabitliyə yönəlir, bu üç məsələnin hamısında, həqiqətən də, iddialıyıq. ATƏT dialoq, əməkdaşlıq, vasitəçilik üçün meydan açaraq humanitar ehtiyaclara əsas diqqəti yönəltməyimizə kömək ola bilər. Slovakiyanın ATƏT sədrliyinin öncüllüklərindən biri də münaqişələrin qarşısını almaq, həll etmək, vasitəçiliyini həyata keçirmək, imkan daxilində humanitar fəsadlarını yumşaltmaqdır. Mən Ukraynada, Moldovada, Gürcüstandakı münaqişə bölgələrdə olmuşam. Bu münaqişələrdən daha çox zərər çəkmiş insanların bizim bütün beynəlxalq fəaliyyətlərimizin mərkəzində olmasına çalışıram”.

ATƏT məkanında həll olunmayan münaqişələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir. Bəs bu məsələyə dair danışıqlar prosesinə Slovakiya necə dəstək verə bilər?

ATƏT sədri etiraf edib: “Bu münaqişənin həlli çətin məsələdir, regionda sabitlik, hərtərəfli dialoq, toplumun bu məsələdə irəli getməyə hazır olması kimi şərtlərə bağlıdır. Təcrübə məhz daxili proseslərin daha yüksək ehtimalla gerçək, davamlı sülhə və sabitliyə gətirib çıxara biləcəyini göstərir.

Son vaxtlar müəyyən irəliləyişlər gözə dəyir, bu məsələdə ehtiyatlı nikbinliyə köklənmişik. Təmas xətti və dövlət sərhədi boyu zorakılıq qurbanlarının sayı azalıb. Yerevanla Bakı arasında ali səviyyədə dialoqun intensivləşdiyini görürük. Bütü bunların nəticəsi də ATƏT məkanında sabitliyin artmasıdır.

Bizim sədrliyimiz Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, dinc və davamlı əsasda həllini dəstəkləmək xəttinə sadiqdir.

Mən bu münaqişəyə dair şəxsi nümayəndəm vəzifəsinə yenidən səfir Anjey Kaspşiki təyin etmişəm. Biz Minsk prosesinə inanır və müvəffəqiyyət üçün zəruri dəstəyi bundan sonra da göstərəcəyik. ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxından təmasdayam, bu yaxınlarda xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünü müsbət dəyərləndirmişəm. Əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin zəruriliyini başa düşmələri bizim dəstəyimizə layiqdir”.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar