Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yavaşlayan dünya iqtisadiyyatı - Qlobal iqtisadiyyat hara gedir?

ABŞ prezidenti Donald Tramp prezident olandan bu günə qədər Amerika və eləcə də dünyaya təsir edən mühüm iqtisadi-siyasi qərarlar verib və bu qərarlar dünya iqtisadiyyatına təsir edir

Prof. Dr. Ərdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 fevral 2019-cu il

Son dövrlərdə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatlar dünya ticarət həcmi və qlobal artım gözləntilərinin aşağı olduğunu proqnoz ediblər. Bu isə o deməkdir ki, qlobal iqtisadiyyatda gələcəyə yönəlik optimistlik azalır.

Məlumdur ki, ABŞ prezidenti Donald Tramp prezident olandan bu günə qədər Amerika və eləcə də dünyaya təsir edən mühüm iqtisadi və siyasi qərarlar verib. O, Çinə qarşı ticarət disbalasının ortadan qaldırılması üçün qurduğu müdafiə siyasətindən tutmuş Meksika ilə sərhəddə divar tikintisinə qədər bir çox radikal qərarlar verməkdən çəkinməyib. Hətta Tramp hökumətin şəffaflığını qapalı saxlamağı da bacarıb.

Orta səviyyəli Avropa ölkəsi və ya inkişaf etməkdə olan hansısa ölkə bu cür siyasət tətbiq etsəydi və radikal addımlar atsaydı, çox güman ki, dünya iqtisadiyyatında ciddi və qlobal problemlərin yaranmasına səbəb ola bilməzdi. Lakin dünyada maliyyə bazarlarını idarə edən ABŞABŞ Mərkəzi Bankının (FED) aldığı qərarların dünyanın bütün ölkələrinin iqtisadiyyatına müəyyən mənada təsir etməsi danılmaz faktdır.

Dünya iqtisadiyyatı hara gedir?

Ekspertlərin fikrincə, dünyada qlobal risk azalmağa doğru gedir. Belə ki, FED-in uçot dərəcəsini artırması ABŞ-da və inkişaf etməkdə olan ölkələrin bazarlarında investisiya vasitələrinə tələbatın azalmasına, qızıl və istiqrazlar kimi risksiz investisiyaya tələbatın isə artmasına səbəb olub. Əslində qızıl və istiqrazlar investisiya vasitələri olsa da, birbaşa investisiyanı dəstəkləyən vasitələr hesab olunmur. Sadəcə olaraq, istiqrazlar şirkətlər və onların istehsalını dəstəkləyən bir investisiya vasitəsidir.

Bununla yanaşı, narahatlıq doğuran amillər də mövcuddur. Bu amillərdən biri Yaponiyanın ixracatının yanvar ayında gözləniləndən daha zəif olması və eyni zamanda ABŞ-da Satınalma Menecerləri İndeksinin(PMI) 17 ay ərzində aşağı düşməsidir. Həmçinin İtaliya iqtisadiyyatının tənəzzülü və Böyük Britaniyada “Breksit” düyünü Avropada da problemlərin davam etdiyini göstərir. Bütün bu proseslər isə 2019-cu ildə dünya iqtisadiyyatının zəifləyəcəyinə bir nümunədir.

FED-in uçot dərəcəsini artırmaqda tələsməməsi və səbirli davranacağına dair verdiyi siqnalların dünya bazarında rahatlığa səbəb olması isə müsbət amildir. FED-in faiz dərəcələrini azaltması inkişaf etməkdə olan ölkələr üçün yaxşı xəbərdir. Belə ki, bu qərar kreditlərin dəyərinin aşağı salınması və aşağı faiz dərəcələri ilə investisiyaların artırılması deməkdir.

Digər tərəfdən, FED genişlənən pul siyasətinin balansını azaltmağa çalışır. Lakin qısa müddət ərzində bu planının reallaşacağı mümkün deyil. Baxmayaraq ki, bu addım inkişaf etməkdə olan ölkələrin lehinə sayıla bilər.

Şərqi Aralıq dənizində neft və təbii qaz tapıla bilər?

Şərqi Aralıq dənizi hövzəsi indiyə kimi təxminən 3-4 trilyon kubmetr təbii qaz ehtiyatı ilə region üçün əhəmiyyətli bir mövqeyə sahibdir. Əlbəttə ki, mövcud olan ehtiyatlar digər ölkələrin sahib olduğu ehtiyatlardan yüksək deyil. Türkiyə isə bölgədə olan ehtiyatların axtarışı ilə bağlı işlərini sürətləndirməyə başlayıb. Yəni, əvvəllər ortaq və qısamüddətli aparılan neft və təbii qaz axtarışları indi fərqli şəkildə aparılır.

Ola bilər ki, axtarış işləri uzunmüddətli olsun. Lakin Türkiyənin “Fatih” gəmisi ilə başladığı qazma işləri Aralıq dənizi ətrafında yeni enerji mənbələrinin qurulması ilə yanaşı, Qaradənizdə də axtarışların başlanmasına səbəb olacaq. Bu isə o deməkdir ki, Türkiyə digər ölkələrin apardığı kəşfiyyat işlərinə adekvat cavab olaraq, “mən də vara" deyəcək. Ona görə də Türkiyə öz qazma gəmiləri ilə neft və təbii qaz tapana qədər axtarış işlərini davam etdirməlidir.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar