Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya və Çinin Şərqi Avropadakı təsirinə son qoymaq istəyir

Dövlət katibi Maykl Pompeo bu məqsədlə Macarıstan, Slovakiya və Polşaya rəsmi səfər edəcək

Rusiya və Çinin Şərqi və Mərkəzi Avropadakı təsirini artırması Qərbi, xüsusilə də ABŞ-ı olduqca narahat edir. Bu səbəbdən də ABŞ dövlət katibi Maykl Pompeo fervralın 11-dən başlayaraq Macarıstan, Slovakiya və Polşa turnesinə çıxacaq.

Almaniyanın “Deutsche Welle” kanalının verdiyi məlumatda Birləşmiş Ştatların bölgədəki aktivliyini azaltması nəticəsində burada yaranan siyasi boşluğun Rusiya və Çin tərəfindən həvəslə doldurulduğu bildirilib.

Kanalın xəbərinə görə, Maykl Pompeo burada hər 3 dövlətin siyasi rəhbərliyini ticarət, enerji təhlükəsizliyi və dövlətin hüquqi əsasları kimi geniş spektrli istiqamətlər üzrə rəsmi Moskva və Pekinə müqavimət göstərməyə çağıracaq.

“Pompeonun onlara verdiyi mesaj bu yöndə olacaq: “Biz ABŞ-ın kömək göstərdiyi dövlətlərin onun rəqiblərinə dəstək verməyəcəyini gözləyirik. Müttəfiqlərimizin əsas vəzifəsi isə Avropada azadlığın qorunmasından ibarətdir”, - deyə xəbərin mətnində göstərilib.

Maykl Pompeo həmçinin ABŞ-ın 30 il öncə Şərq bloku ölkələrinin Rusiyanın buxovundan azad olunmasındakı rolunu hər 3 ölkəyə xatırladacaq.

Qeyd olunur ki, dövlət katibliyi səviyyəsində ABŞ rəsmisinin Bratislavaya sonuncu gəlişi 20 il bundan öncə baş tutub.

Macarıstanı isə ABŞ prezidenti (Corc Buş) 2006-cı ildə rəsmi şəkildə ziyarət edib. Lakin Rusiya prezidenti Vladimir Putin təkcə keçən il 2 dəfə Budapeştə gəlib. Buna görə də Maykl Pompeonun Macarıstandakı danışıqlarının əsas mövzusu baş nazir Viktor Orbanla Vladimir Putin arasında yaxınlıq ola bilər.

Varşavada isə Maykl Pompeo ABŞPolşanın təşkil etdiyi “Şərqi Avropada sülh və təhlükəsizlik” adlı konfransın işinə qatılacaq.

Ağ Ev bu konfransın İran əleyhinə olduğu barədə şayiələri rədd edib. (Musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar