Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da “Qaşıqçı” böhranı

Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın barmağının olub olmadığı barədə Ağ Evin rəsmi mövqeyini görmək istəyən ABŞ Senatı ilə prezident Tramp rəhbərliyi arasındakı çat böyüyür

ABŞ Senatı Xarici Əlaqələr Komitəsi tərəfindən 10 oktyabr 2018-də Trampa göndərilən məktubda, Qaşıqçı cinayətindən birbaşa Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın günahkar olub olmadığının "Magnitsky Qanunu" çərçivəsində 120 gün ərzində açıq bir şəkildə ortaya qoyulması tələb edilirdi.

Anadolu Agentliyinə açıqlama verən və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir Ağ Ev rəsmisi, prezident Trampın "Komitənin tələblərinə cavab verməmək mövzusundakı haqqını istifadə etməyi davam etdirəcəyini" açıqlayıb.

Ağ Ev cavab verməyəcək

Senatın Tramp rəhbərliyinə tanıdığı müddət yerli vaxtla 00.00-da dolarkən, Ağ Ev sözügedən tələblə bağlı hər hansı bir cavab verilməyəcəyi siqnalını verib.
ABŞ Dövlət Departamentinin mütəmadi olaraq Konqresə Qaşıqçı cinayəti barədə məlumat verdiyini qeyd edən yüksək səviyyəli səlahiyyətli, "ABŞ bu xəyanətkar hərəkət qarşısında ilk ciddi sanksiya qərarı verən ölkədir. Konstitusion qüvvələr ayrılığı prinsipinə uyğun olaraq prezident Konqres komitələrinin tələblərinə cavab verməmək mövzusundakı təqdir haqqını istifadə etməyi davam etdirəcəkdir" deyib.

Tramp qanunu pozur

Digər tərəfdən, AA-ya açıqlama verən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Bob Menendezin sözçüsü Xuan Paçon isə Trampın bununla bağlı qanunu pozduğunu deyib.

Paçon Trampın Senatdan gələn tələbə cavab verməməyi üstün tutması məsələsində, "Qanun açıq və aydındır. Prezidentin burada heç bir təqdir səlahiyyəti yoxdur. O, ya qanuna uyğun davranacaq, ya da qanunu pozacaq" deyib.

Ağ Evin Senata hər hansı bir cavab vermədiyi təqdirdə bəzi senatorların yeni bir qanun layihəsi ilə ABŞ-ın Səudiyyə Ərəbistanla münasibətləri, Yəməndəki müharibə və Qaşıqçı cinayəti məsələlərini hüquqi müstəvidə daha da güclü şəkildə gündəmə gətirməyə hazırlaşdıqları qeyd olunub. (müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay