Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naqif Həmzəyev partiya fəallarını Gəncəyə topladı

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ərazi ilk partiya təşkilatının sədrləri və partiya fəalları ilə görüşüb

Tədbiri giriş sözü ilə açan millət vəkili görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, 42 mindən artıq partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatının 252 ərazi ilk partiya təşkilatı partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirir. Partiya fəalları şəhərin ictimai-siyasi və mədəni həyatının bütün sahələrində fəal iştirak edir və köməklərini əsirgəmirlər.

Son 15 il ərzində respublikamızın bütün sahələrində həyata keçirilən davamlı sosial-iqtisadi inkişafdan, tərəqqidən danışan Naqif Həmzəyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının yaxşılaşdığını nəzərə çatdırıb.

Görüşdə vurğulanıb ki, Azərbaycanın son illərdə keçdiyi şərəfli yol - iqtisadi, sosial göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi kimi tarixə düşüb. Bu inkişaf, tərəqqi mərhələsinin əsasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün hədəflərə hesablanmış siyasət dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dövlətə, xalqa, insana, parlaq gələcəyə xidmət edir.

Naqif Həmzəyev Azərbaycanın bütün bölgələri kimi, Gəncə şəhərinin də sürətlə inkişaf etdiyini, şəhərdə böyük abadlıq-quruculuq işlərinin aparıldığını, iri infrastruktur layihələrin icra olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilat sədrləri işin günün tələbləri səviyyəsində qurulmasından, maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsidən danışıb, fəaliyyətləri haqqında ətraflı məlumat veriblər.

Tədbirdə qarşıda duran məsələlər ətraflı müzakirə edilib.

YAP_Gence_aktiv_gorush%20(4)1549435511.JPG" width="800" height="533" />

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar